sosial media
Fransa hakimiyyəti ölkədə yüzlərlə supermarketə qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumun arxasında İranın dayandığını iddia edir. Hücum nəticəsində soyuducu və dondurucu sistemlərin fəaliyyəti pozulub, milyonlarla avro dəyərində ərzaq məhsulu yararsız hala düşüb, azı 15 yanğın baş verib.
Fransa Xarici İşlər Nazirliyinin noyabrın 9-da yaydığı bəyanata görə, oktyabrın 11-dən 12-nə keçən gecə baş verən hücum ölkə üzrə 700-dən çox ticarət obyektini əhatə edib. Paris hadisəyə görə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilən “Şəhid Kaveh” adlı kiberqrupu məsul hesab edir.
Fransa tərəfinin bildirdiyinə görə, hakerlər mağazalardakı soyuducu avadanlıqların uzaqdan idarəetmə sistemlərinə daxil olaraq onların iş rejimini dəyişdiriblər. Nəticədə soyuducularda ərimə prosesi başlayıb və temperatur təxminən 50 dərəcəyədək yüksəlib. Temperatur normanı aşdıqda xəbərdarlıq verən təhlükəsizlik siqnallarının da söndürüldüyü bildirilir.
Müdaxilə təxminən altı saat davam edib. Nəticədə soyuducularda saxlanılan təzə və dondurulmuş məhsulların böyük hissəsi məhv olub, bəzi avadanlıqlara ciddi ziyan dəyib. “Intermarché” supermarket şəbəkəsinin bir gün ərzində on milyonlarla avro itki ilə üzləşdiyi bildirilir.
Fransanın Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyinin (ANSSI) və digər dövlət qurumlarının iştirakı ilə aparılan araşdırmada hücumların İranla əlaqələndirilməsinə əsas verən bir sıra texniki izlərin aşkarlandığı qeyd olunur. İstintaq materiallarında fars dilindən istifadə edilməsi və İran ərazisində yerləşən cihazlara aid IP ünvanlarının müəyyənləşdirilməsi xüsusi vurğulanır. Fransa kəşfiyyatı bu göstəriciləri hücumları SEPAH-la əlaqəli kiberqrupa aid etmək üçün əsas amillərdən biri hesab edir.
Paris prokurorluğu “Şəhid Kaveh” qrupunun rəhbəri, onun iki müavini və istintaq zamanı müəyyən edilə biləcək digər şəxslərlə bağlı cinayət işi üzrə araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanları şübhəlilərin beynəlxalq axtarışa verilməsi üçün müvafiq orderlərin çıxarılmasını tələb edib.
Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Paris hücumun təşkilində iştirak edən şəxslərə qarşı Avropa İttifaqı çərçivəsində sanksiyaların tətbiqinə nail olmağa çalışacaq. İranın Fransadakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və ona rəsmi etirazın bildirilməsi də qərara alınıb.
Fransadakı hadisədən bir neçə həftə sonra, noyabrın 2-də Avropanın bir sıra ölkələrində supermarketlərin soyuducu və dondurucu sistemlərində oxşar problemlər qeydə alınıb. “Euronews” və “Associated Press”in məlumatına görə, Belçika, İsveç, Estoniya, Finlandiya, İrlandiya, İtaliya, Lüksemburq, Niderland və Portuqaliyadakı müxtəlif ticarət obyektlərinin soyuducu sistemləri kiber müdaxilələrdən zərər görüb.
Həmin ölkələrdəki hadisələrin Fransa hücumu ilə eyni qrup tərəfindən təşkil edildiyi hələ təsdiqlənməyib. Avropa dövlətlərinin hüquq-mühafizə orqanları insidentləri araşdırır; hücumların arxasında duran şəxslərlə bağlı rəsmi nəticə açıqlanmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İran XİN: “Ermənistan TRIPP layihəsinin sərhədləri dəyişməyəcəyinə təminat verib”
sosial media
“NVIDIA” rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Foto: sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib