İqtisadiyyat

Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır

27 Sentyabr, 2025
192

Foto: president.az

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 9 milyard 424 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz azdır. Azalma, əsasən, bitkiçilik məhsullarında özünü göstərib.

Nəticədə isə ölkəyə ərzaq məhsullarının idxalı artmaqdadır. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin səkkiz ayında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 2 milyard 832 milyon 645 min manatdan çox olub.

Bu, ötən ilin analoji dövrünə nisbətən 8.6 faiz çoxdur.

“Toplum TV”-yə danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli xatırladır ki, Azərbaycan ərzaq məhsullarına olan tələbatının ancaq 50%-ini ödəyə bilir. 

“Hətta bu 50%-in içində ellə məhsullar var ki, xammalı xaricdən gəlir və ölkə daxilində emal edilir. Azərbaycan ərzaq təhlükəsizliyini qorumaq üçün tələbatın ən az 80%-ini, beynəlxalq normalara uyğun şəkildə ödəyə bilməlidir. Tam təmin etmək üçün isə tələbatın 100%-ini ödəməlidir və əlavə 20% ehtiyat yığmalıdır. Burada söhbət zəruri ərzaq məhsullarından gedir: çörək, ət, süd, yağ, pendir, yumurta, meyvə və tərəvəzlər”, - o deyib. 

Ekspert bildirir ki, daxili istehsalın azalması və idxalın getdikcə artması ərzaq təhlükəsizliyinə riskləri artırır. 

“Son 5 ilə baxsaq görərik ki, əsas yeyinti məhsullarının idxalı getdikcə artır. Bu o deməkdir ki, Azərbaycan bu tendensiyanın qarşısını almaq, ərzaq təhlükəsizliyini təmin etmək üçün ciddi iş görmür”, - o əlavə edib. 

Ötən il Azərbaycana 2 milyard 474 milyon 815 min 900 ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilmişdisə, 2023-cü ildə bu rəqəm təxminən 315 milyon dollar az idi. Bu isə 14.6 % artım deməkdir. 

Bu yeyinti məhsullarından, məsələn, 2023-cü ildə xaricdən Azərbaycana 16 min 596 ton həcmində 92 milyon 416 min dollar dəyərə malik kərə yağı və süddən hazırlanan yağ məhsulları gətirilmişdisə, 2024-cü ildə bu rəqəmlər 29 min 611 ton təşkil etməklə 173 milyon 604 min dollara bərabər olub. 

Bu isə bir ildə yağ məhsullarının idxalının dəyər ifadəsi ilə 87.6%, miqdar ifadəsi ilə isə 78.4% artdığını göstərir.

Digər əsas yeyinti məhsullarından ətin idxal dəyəri 86.7 milyon dollardan 129.6 milyon dollara, meyvə-tərəvəz 230 milyon dollardan 282 milyon dollara, düyü 50.1 milyon dollardan 66.1 milyon dollara, bitki və heyvan mənşəli piylər və yağlar isə 184 milyon dollardan 226.5 milyon dollaradək yüksəlib.

V.Məhərəmmli bu sahədə ciddi dəyişikliklərin olacağına ümid etmir. 

“Torpaqlar bərbad haldadır, deqradasiya, erroziya sürətlə gedir, torpaq münbitliyini itirir. Suvarma sistemi bərbad hala salınıb. Su qıtlığını iqlim dəyişikliyi ilə izah edirlər, amma bu süni yaradılıb. Digər tərəfdən, Azərbaycana gətirilən gübrələrin keyfiyyəti aşağıdır. Ən başlıcası isə, bu sahə üzrə peşəkarlar hazırlanmır. Keyfiyyətli təhsil almış aqronomlarımız, zootexniklərimiz yoxdur. Bu o deməkdir ki, biz gələcəkdə bərbad hala salınmış kənd təsərrüfatını dirçəldə bilməyəcəyik, çünki onu dirçəldəcək kadrlarımız yoxdur”, - o qeyd edib. 

Ekspert daxili istehsalçıların idxalatla rəqabətlə apara bilməməsinin səbəblərindən birini də inhisarçılıqla izah edir. 

“İstehsalçılar az məhsul istehsal edəndə, inhisarçılar xaricdən daha ucuz məhsul gətirib yerli məhsulların bazar satışına problem yaradırlar. Başqa səbəblər də sadalamaq olar. Məsələn, heyvandarlıqda örüş əraziləri üçün nəzərdə tutulan torpaqların xeyli hissəsi məmurlar tərəfindən zəbt olunub və istirahət mərkəzləri tikilib, təyinatı üzrə istifadə olunmur. Bu da ciddi problemdir, qanun qəbul olunmalıdır ki, bu torpaqlar başqalarının əlinə keçməsin”, - o əlavə edib. 

V.Məhərrəmli vəziyyətin bu cür davam edəcəyi halda, növbəti 5-10 ildə Azərbaycanda ərzaq qiymətlərinin artacağını və nəticədə ərzaq qıtlığı yaranacağını düşünür. 

“Bu gün baxsanız, qəssabxanalarda həm ət çatışmazlığı var, çünki heyvandarlıqla məşğul olanların sayı azalıb, həm də əllərində olan əti sata bilmirlər, çünki alıcı yoxdur. Çörəyin də qiyməti arta bilər. Buğdanı idxal edirik, amma həmin ölkələr buğda əvəzinə un satmağa başlasa, çörəyin qiyməti artacaq. Unu da uzunmüddətli saxlamaq mümkün deyil, buna görə az gətirməli olacağıq. Bütün əsas yeyinti məhsulları üzrə qiymət artımı və qıtlıq baş verə bilər. Bu idxal etdiyimiz ölkələrdən də asılıdır. Həmin ölkələrdə istehsal zəifləsə və ya hər hansı başqa səbəbdən, bizə məhsulu daha baha qiymətə sata bilərlər”, - o vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Azərbaycanda rəsmi 5 faiz işsizlik göstəricisi gerçəyi əks etdirirmi?

30 Sentyabr 2025

Foto: açıq mənbə

Ölkə prezidenti İlham Əliyev son dövrlərdə dəfələrlə qeyd edib ki, hakimiyyət son 20 ildə ölkədə işsizliyin 5 faizə endirilməsi kimi tarixi uğura imza atıb. O, sentyabrın 27-də BMT tribunasından bu faktı bir daha təkrarlayıb. Müstəqil iqtisadçılar bu faktı həmişə şübhə ilə qarşılayır. Onların əsas arqumenti budur ki, Azərbaycan kimi qeyri-rəsmi məşğulluğun miqyasının kifayət qədər böyük olduğu ölkədə işsizliyin belə aşağı səviyyəsi ilə bağlı rəsmi iddialar reallıqdan çox uzaqdır.  Rəsmi hesabatlarda Azərbaycanda qeyri-formal məşğulluğa dair məlumatlar gizli saxlansa da, Bakı Araşdırmalar İnstitunun ötən il apardığı hesablamlara görə, Azərbaycanda Dövlət Statistika Kommitəsnin (DSK) məşğul hesab etdiyi hər 10 nəfərdən azı 4-ü qeyri-rəsmi...
İqtisadiyyat

İqtisadçı: Çirklənməyə baxmayaraq Avropanın Azərbaycan neftindən imtina şansı yoxdur

22 Avqust 2025

Foto: president.az

İyul ayında Xəzər dənizində neft hasilatı aparan “British Petroleum” (“BP”) şirkəti Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirmişdi.  Şirkətdən “Bloomberg” agentliyinə verilən məlumatda göstərilirdi ki, Azərbaycandan Avropa ölkələrinə nəql olunan bəzi neft partiyalarında orqanik xlorid adlanan maddə aşkarlanıb. “Əgər bu maddə böyük miqdarda olarsa, neft emalı zavodlarına və avadanlıqlara zərər verə bilər”, - xəbərdə deyilirdi.  Avqustun 4-də isə Rumıniya hökuməti Azərbaycandan gətirilmiş çirklənmiş xam neft səbəbilə fövqəladə vəziyyət elan edib. Ruminiya Energetika Nazirliyinin açıqlamasına görə, yerli “OMV Petrom” şirkəti 16–18 iyul tarixlərində Türkiyənin Ceyhan limanından yüklənmiş 92 min tonluq Azərbaycan nefti partiyasını qəbul edib. Yüklərin boşaldılması zamanı aparılan yoxlamalar xam neftin xloridlər...

Seçilmiş Videolar

Toplum TV loqo