Foto: Avi Ohayon/GPO
İsrail baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla münasibətlərindən danışıb.
Sentyabrın 28-də "Fox News" telekanalına danışan baş nazir Trampı İsrail üçün "inanılmaz müttəfiq" adlandırıb.
"Bəlkə də hər şeydə razı deyilik, amma əsas məsələlərdə bir-birimizlə razıyıq. Tramp bizim üçün inanılmaz müttəfiq və dostdur. Onun kimisi olmayıb. Hələ 1-ci prezidentliyi dövründə Yerusalimi İsrailin paytaxtı kimi tanıyıb, ABŞ səfirliyini ora köçürüb. İndi də İranın nüvə proqramını sıradan çıxarmaqda kömək etdi", - o deyib.
Netanyahu daha sonra Trampı və onun xarici siyasətini idarə etdiyi ilə bağlı açıqlamalara cavab verib.
"Tramp özü nəyin ABŞ-nin marağında olduğuna qərar verir. Mən heç nəyə qərar vermirəm. O, həyatımda gördüyüm ən müstəqil liderdir. Mənim onu idarə etməyim haqda düşüncənin özü belə absurd yalandır", - o əlavə edib.
Bu yaxınlarda məşhur amerikalı jurnalist və Trampın yaxın müttəfiqi Taker Karlson iddia edib ki, Netanyahu qonşu ölkə liderləri ilə söhbətlərində Trampı "necə idarə etdiyindən danışır və bununla qürurlanır".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: AFP
Foto: sosial media
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
"Aclıq vaxtı məni həşəratlarla dolu otağa saldılar"