Manşet

Fərid İsmayılov təcridxanada ölümlə hədələndiyini deyir

29 Sentyabr, 2025
452

Foto: sosial media

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov saxlanıldığı Bakı İstintaq Təcridxanasında həyatının təhlükədə olduğunu deyir.

Jurnalist bununla bağlı sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən prosesdəki çıxışında bildirib.
 
Fərid İsmayılov yan kameradakı məhkumun onu öldürməklə hədələdiyini qeyd edib.

Onun sözlərinə görə, hadisə sentyabrın 23-ü  Penitensiar Xidmət işçilərinin gözü önündə baş verib:

“Tibb məntəqəsinə aparılarkən məhkumlardan biri mənə stəkan atdı. Penitensiar işçiləri önümə keçdi və stəkanın mənə dəyməsinin qarşısını aldı. Amma təkidlərimə baxmayaraq hadisə aktlaşdırılmayıb”.

Jurnalistin bildirməsinə görə, hadisədən dərhal sonra vəkili ilə görüşüb və məhkumun otağının dəyişdirilməsi, onunla rastlaşmamasının təmin olunması tələb edib , amma müraciət həllini tapmayıb. 
 
“Sentyabrın 24-ü oxşar hadisə təkrarlanıb. Bu dəfə isə digər həmin məhkum mənə isti su atmağa cəhd etdi. Penitensiar işçilərinin müdaxiləsi ilə hadisənin qarşısı alındə. Məsələ kökündən həll olunmamış qalmaqdadır”, - F.İsmayılov vurğulayıb.

Jurnalist əlavə edib ki, sentyarın 25-i sözügedən məhkum ona zərər verə bilmədiyi üçün aqresivləşib və öz bədəninə kəsici alətlə zərər vurub: “Bunların edərkən mənə zərər verəcəyini dedi və məni təhqir etdi”.
 
Fərid İsmayılov məsələ həll olunmadıqca bunun qəsdən baş verdiyini və təxribat üçün baş verənlərə şərait yaradıldığını düşündüyünü söyləyib.

Məsələ ilə bağlı İsmayılovun anası Məlahət İsmayılova Ədliyyə Nazirliyinin qaynar xətti ilə əlaqə saxlayaraq oğlu üçün narahatlığını çatdırıb. Ona müraciətə yalnız 30 iş gününə baxılacağı bildirilib. Anası isə təcili tədbir görülməsini tələb edir:

“Məsələ həll olunmadıqca qorxuram ki, oğlumun başına dəhşətli bir hadisə gəlsin”.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo