İqtisadiyyat

Çin “Zəngəzur dəhlizi”-nin tikintisində iştirak edəcək?

7 Aprel, 2025
105

açıq mənbədən götürülüb

Çin rəsmisinin Bakıda “Zəngəzur dəhlizi” haqqında danışması xəbəri Ermənistanda suallar yaradıb.

Çin Kommunist Partiyasının beynəlxalq departamentinin rəhbəri Lyu Ciançao ötən həftə Bakıda “Azərbaycan-Çin strateji tərəfdaşlığı” adlı konfransda çıxış edib. 

Azərbaycanın hökumətyönlü mediası yazıb ki, Lyu Çin şirkətlərinin “Zəngəzur dəhlizi”-nin tikintisində iştirak edəcəyini deyib:

“Zəngəzur dəhlizinin inşası çox vacib məsələdir. Bu, Avropa və Asiyanı daha da birləşdirəcək. Çin şirkətləri Zəngəzur dəhlizinin inşasında aktiv rol oynayacaq. Xahiş edirəm ki, bizim şirkətləri daha çox məlumatlandırasınız ki, bu dəhlizin inşasında daha fəal rol oynasın”, xəbərlərdə qeyd edilib.

Çin rəsmisinin açıqlaması ilə bağlı xəbər Ermənistan ictimaiyyətinin təəccübünə səbəb olub. 

Çinin Ermənistandakı müvəqqəti işlər vəkili Çen Minq mətbuata açıqlamasında yayılan xəbərləri təkzib edib, ölkəsinin Ermənistanın ərazi bütövlüyünü tanıdığını deyib. 

O əlavə edib ki, Çin rəsmiləri sözügedən konfransda, ümumiyyətlə, “Zəngəzur dəhlizi” mövzusuna toxunmayıblar və orada ancaq “Kəmər və Yol” layihəsi müzakirə olunub. 

Qısa müddət sonra Azərbaycan mətbuatında Lyunun açıqlamasının getdiyi xəbərlər silinib və ya dəyişdirilib. 

Xəbəri ilk olaraq “APA” informasiya agentliyi dərc edib, açıqlama daha sonra digər saytlarda yayımlanıb. 

“OC Media” orijinal məqalənin həm azərbaycan, həm də rus dillərində skrinşotlarını çəkib və orada Lyunun şərhləri hələ də mövcuddur. 

Orijinal məqalə hələ də Google axtarışında mövcud olsa da, saytda xəbəri oxumaq mümkün deyil. Bəzi saytlarda isə xəbərin mətni dəyişdirilib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Gürcüstanda toksin qalmaqalı: Azərbaycan şirkəti ilə əməkdaşlıq dayandırılıb

7 Aprel 2025

açıq mənbədən götürülüb

Satdığı süd məhsulunda zəhərli maddə aşkarlanan Gürcüstanın tanınmış ağartı məhsulları şirkəti “Soflis Nobati” süd aldığı Azərbaycan şirkəti “Milla Dairy” ilə əməkdaşlığını dayandırıb.  Şirkət bunu “maksimum təhlükəsizlik” üçün etdiyini və əməkdaşlığın “texniki detallar aydınlaşana qədər” bərpa edilməyəcəyini bildirib.  Daha öncə, aprelin 3-ü Gürcüstanın Milli Qida Agentliyi açıqlama yaymışdı ki, “Soflis Nobati”nın qablaşdırıb satdığı süd məhsulu nümunələrində insan sağlamlığına təhlükə törədən aflatoksin M1 maddəsi aşkarlanıb.  Agentlik şirkətə satışda olan beş növ süd məhsulunu geri yığmağı əmr edib və istehlakçılara sözügedən məhsulları istifadə etməməyi məsləhət görüb. Onların arasında uşaqlar üçün nəzərdə tutulmuş məhsul da var.  “Soflis Nobati” isə verdiyi açıqlamada süd məhsullarının yalnız...
İqtisadiyyat

Azərbaycan turizm gəlirlərində Ermənistan və Gürcüstandan geri qalır

12 Mart 2025

açıq mənbədən götürülüb

Quru sərhədlərini 2020-ci ildən qapalı saxlayan Azərbaycan turizmdən gələn gəlirlər üzrə Cənubi Qafqazdakı qonşularından geri qalır.  Bu barədə iqtisadçı Samir Əliyev bu ölkələrin Mərkəzi Banklarının statistik göstəricilərinə əsasən məlumat verib.  O bildirir ki, koronavirus pandemiyası hər üç ölkənin turizm sektoruna mənfi təsir etsə də, ukraynalı və rus turistlərin hesabına Gürcüstan və Ermənistan Rusiya-Ukrayna müharibəsindən “faydalanıb”.  “Azərbaycan isə quru sərhədlərini bağlamaqla Rusiya və Ukraynadan gələn turist axınlarının qarşısını almağa üstünlük verdi”, - deyə iqtisadçı yazıb.  Statistika göstərir ki, 2018-ci ildən bu yana turizm üzrə ən çox qazanc Gürcüstana məxsus olub. Ölkə 2023-cü ildə turistlərin hesabına 4,1 milyard ABŞ dolları dəyərində qazanc...

Seçilmiş Videolar

Toplum TV loqo