İqtisadiyyat

Azərbaycan turizm gəlirlərində Ermənistan və Gürcüstandan geri qalır

12 Mart, 2025
26

açıq mənbədən götürülüb

Quru sərhədlərini 2020-ci ildən qapalı saxlayan Azərbaycan turizmdən gələn gəlirlər üzrə Cənubi Qafqazdakı qonşularından geri qalır. 

Bu barədə iqtisadçı Samir Əliyev bu ölkələrin Mərkəzi Banklarının statistik göstəricilərinə əsasən məlumat verib. 

O bildirir ki, koronavirus pandemiyası hər üç ölkənin turizm sektoruna mənfi təsir etsə də, ukraynalı və rus turistlərin hesabına Gürcüstan və Ermənistan Rusiya-Ukrayna müharibəsindən “faydalanıb”. 

“Azərbaycan isə quru sərhədlərini bağlamaqla Rusiya və Ukraynadan gələn turist axınlarının qarşısını almağa üstünlük verdi”, - deyə iqtisadçı yazıb. 

Statistika göstərir ki, 2018-ci ildən bu yana turizm üzrə ən çox qazanc Gürcüstana məxsus olub. Ölkə 2023-cü ildə turistlərin hesabına 4,1 milyard ABŞ dolları dəyərində qazanc əldə edib və ötən ilin ilk 9 ayının göstəricilərinə əsasən bu rəqəmin artacağı gözlənilir. 

Ermənistan isə 2023-cü ildə bu sahədən 3,1 milyard dollar qazanıb, amma ötən ilin indikatorları ümumi gəlirin azalacağını deməyə əsas verir. 

Samir Əliyev deyib ki, Azərbaycanın son 5 ilin artım tempini saxlaya biləcəyini güman etmək olar. “Çünki 2023-cü ilin 9 ayında turizmdən gəlirlərin həcmi $1,1 milyard olduğu halda 2024-cü ilin müvafiq dövründə bu göstərici $1,6 milyarda çatıb. Artımda ötən ilin noyabr ayında Bakıda keçirilmiş COP29 tədbirinin xüsusi töhfəsini qeyd etmək olar”, - deyə o qeyd edib. 

İqtisadçı əlavə edib ki, Azərbaycan 2024-cü ildə 2019-cu ilin göstəricisini ($1,8 milyard) üstələsə də, 2018-ci ilin göstəricisinə ($2,6 milyard) 2026-cı ildən tez çatması real görünmür.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Mərkəzi Bank: Geosiyasi gərginliklə bağlı inflyasiya yüksəlib

17 Fevral 2025

Toplum TV/kollaj

"Əgər siz məndən soruşsanız ki, geopolitik vəziyyətin nəticələri nədir? Gördüyümüz odur ki, inflyasiya yüksəlib və biz gərginliklərə dair qeyri-müəyyənliklə üzləşirik”. Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Azərbaycan üçün cari geosiyasi vəziyyətin əsas nəticələri barədə danışarkən belə deyib. AMB sədri bu barədə Ər-Riyadda keçirilən "İqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün Əl-Ula" adlı konfransda çıxışında danışıb. “Maliyyə infrastrukturundakı dəyişikliklər, rəqəmsal valyutaların istifadəsi və platformalarının yüksəlişi ilə bağlıdır"- AMB sədri deyib. Taleh Kazımov Azərbaycan üçün cari geosiyasi vəziyyətin əsas nəticələrini isə inflyasiya, beynəlxalq hesablaşmaların transformasiyası, rəqəmsal aktivlər və milli valyutalardan istifadənin artması, həmçinin beynəlxalq tənzimləyici tələblərə uyğunluğun vacibliyi ilə əlaqələndirib. Ötən ilin noyabrında...
İqtisadiyyat

Xaricdən ən çox borc alan dövlət qurumu hansıdır?

13 Fevral 2025

açıq mənbədən götürülüb

Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 5 milyard 129,7 milyon dollar olub. Maliyyə nazirliyi xəbər verir ki, xarici dövlət borcu ötən ilin əvvəli ilə müqayisədə 1 milyard 331,5 milyon dollar və ya 20,6% azalıb. Bildirilir ki, xarici dövlət borcunun 41,7%-i büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən cəlb edilib. Xaricdən borc alan əsas dövlət qurumlarının siyahısı aşağıdakı kimidir: - Maliyyə Nazirliyi – 2 milyard 137,6 milyon dollar (41,7%); - Avtomobil Yolları Dövlət Agentliyi – 979,8 milyon dollar (19,1%); - Dövlət Su Ehtiyatları Agentliyi – 714,3 milyon dollar (13,9%); - “Azərbaycan Dəmir...

Seçilmiş Videolar

Toplum TV loqo