DSK: “Azərbaycanlılar xərclərinin təxminən 54 faizini ərzaq, içki və tütünə sərf edib”
açıq mənbə
Azərbaycan vətəndaşlarının istehlak xərclərinin təxminən 54,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 45,7 faizi isə qeyri-ərzaq mallarının payına düşüb.
Dövlət Statistika Komitəsinin (DSK) avqustun 13-də yaydığı məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 38 milyard 358,5 milyon manatlıq mal satılıb.
Bunun 20 milyard 843,9 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17 milyard 514,6 milyon manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artıb. Bu artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz təşkil edib.
Xərclərdə ən böyük artım kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınması üzrə qeydə alınıb. Bu kateqoriyada xərclər 32,1 faiz artaraq 548,3 milyon manata çatıb. Əczaçılıq məhsulları və tibbi ləvazimatlara çəkilən xərclər də 23,8 faiz artıb və ümumi məbləğ 1 milyard manatı ötüb.
Müstəqil iqtisadçılar bildirirlər ki, istehlak xərclərinin yarıdan çoxunun ərzağa yönəlməsi həyat səviyyəsinin aşağı olmasının əsas göstəricilərindən biridir. Onların fikrincə, bu, daha çox kasıb və ya inkişaf etməkdə olan ölkələr üçün xarakterik göstəricidir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
azərtac
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”