İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
president.az
Azərbaycan prezidenti İlham Əliyevin açılışını etdiyi hoteli inşa etmiş şirkət pulunu ala bilmədiyini bildirir.
Bu barədə avqustun 10-da "Azadlıq Radiosu" adını açıqlamadığı mənbəyə istinadən məlumat yayıb.
İ.Əliyev iyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” hotelinin açılışını edib. Açılışda onunla yanaşı Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistan prezidentləri iştirak edib.
Hotel Azərbaycan və Qırğızıstan hökumətləri arasında 2023-cü ildə Bişkekdə imzalanmış saziş çərçivəsində inşa olunub. Sazişə görə, hotelin idarəçiliyi 49 il müddətinə Azərbaycana verilib.
"Azadlıq Radiosu"nun məlumatına görə, hotel kompleksinin təkcə eskiz layihəsinin hazırlanması üçün 2023-cü ildə "FLAX" şirkəti ilə 228 min 684 manatlıq müqavilə bağlanıb. Sifarişçi isə Azərbaycan prezidentinin İşlər İdarəsi olub. Açılış zamanı da dövlət başçılarına hotel barədə məlumatı idarənin müdiri Ramin Quluzadə verib.
Lakin şirkət iddia edir ki, hotelin artıq açılışının baş tutmasına baxmayaraq, prezidentin İşlər İdarəsi hələ də razılaşdırılan pulu ödəmir.
Bundan əlavə, "FLAX" Zəngilanda inşa etdiyi hotelin də pulunu ala bilmədiyini deyir. İddiaya görə, şirkət həmin hotel üçün də prezidentin İşlər İdarəsi ilə müqavilə bağlasa və işlərə başlasa da, bir müddət sonra şifahi şəkildə işi dayandırmalı olduqları deyilib.
Şirkət hər iki hotellə bağlı Prezident Administrasiyasına qarşı məhkəmədə iddia qaldırıb. Qırğızıstandakı hotelə görə 228 min manat, Zəngilandakı hotelə görə 382 min manat ödənilməsi tələb olunur.
Məhkəmə isə iyunda şirkətin əleyhinə qərar verib. Qərarda bildirilir ki, şirkət qarşı tərəfin həmin müqavilələr üzrə hər hansı öhdəliyinin yaranmasını sübut edə bilməyib.
"FLAX" şirkəti Azərbaycanda uzun müddətdir dövlət qurumları ilə əməkdaşlıq edir. Şirkət Ağdamda Cümə məscidinin bərpası, eləcə də Ağ şəhərdə yaşayış binalarının və Laçın və Zəngilanda hotel komplekslərinin tikintisi ilə məşğul olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”