Dünya

Vensin istəyindən sonra Zelenski bəzi neft tankerlərinə PUA zərbələrini dayandırıb

12 Avqust, 2026
10

president.gov.ua

ABŞ-nin vitse-prezidenti Ceyms Vens Ukraynadan Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) ilə əlaqəli obyektlərə PUA zərbələrini dayandırmağı istəyib. Bu məsələni o, Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında qaldırıb.

Bu barədə “Financial Times” məlumat yayıb.

Qəzetin məlumatına görə, Vensin bu tələbi iyulun 31-də səsləndirilib və bundan sonra Kiyev Rusiya limanından istifadə edən, lakin Rusiya şirkətlərinə məxsus olmayan gəmilərə zərbələri dayandırmağa razılaşıb.

ABŞ administrasiyası hesab edir ki, bu hücumlar qlobal neft bazarında sabitliyi poza və ABŞ şirkətlərinin maraqlarına zərər vura bilər. CPC vasitəsilə əsasən Qazaxıstan nefti daşınır və konsorsiumda “Chevron” və “ExxonMobil” kimi ABŞ şirkətlərinin də böyük payları var.

“Financial Times”-ın məlumatına görə, Ukrayna CPC infrastrukturu və Novorossiyskə gedən qeyri-Rusiya tankerlərinə zərbə endirməməyə razılaşıb. Bunun üçün gəminin Ukrayna tərəfindən sanksiyaya məruz qalmaması, Rusiya yükü daşımaması və Rusiya fiziki və ya hüquqi şəxslərinə məxsus olmaması şərtləri nəzərə alınır.

Kiyev bu addımı “Patriot” Hava Hücumundan Müdafiə sistemləri üçün raketlərin istehsalına və alınmasına ABŞ lisenziyası əldə etmək ümidləri fonunda atıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Məhkəmə Bəşər Əsədə ölüm hökmü çıxarıb

11 Avqust 2026

sosial media

Suriya məhkəməsi ölkənin sabiq prezidenti Bəşər Əsəd ölüm cəzasına məhkum edib. Bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb. Məlumata görə, Əsəd, onun əmisi oğlu, keçmiş briqada generalı Atif Nəcib və daha yeddi nəfər Suriya xalqına qarşı hərbi cinayətlər, qətllər, işgəncələr və insanlığa qarşı cinayətlər törətməkdə təqsirli biliniblər. İttihamlar 2011-ci ildə Dəraa vilayətində siyasi dəyişikliklər və azadlıq tələbi ilə keçirilən dinc etiraz aksiyalarının amansız şəkildə yatırılması ilə bağlıdır. Bildirilir ki, Bəşər Əsəd rejimi etirazlara kütləvi həbslər və zorakılıqla cavab verib.  Bu isə sonradan yüz minlərlə insanın həyatına son qoyan və ölkənin böyük hissəsini dağıntılara çevirən vətəndaş müharibəsinə səbəb olub....
Dünya

Tramp: “Biz də İrandan təzminat tələb edirik”

11 Avqust 2026

sosial media

“Görürəm ki, İran İslam Respublikasının nümayəndələri son beş ay davam edən hərbi münaqişə zamanı onlara dəymiş zərərə görə təzminat tələb edirlər. Bu münaqişə onların nüvə silahına sahib olmaması üçün başladılıb. Halbuki, danışıqlarımızın və görüşlərimizin heç birində belə bir məsələ heç vaxt müzakirə olunmayıb!”   Bunu ABŞ prezidenti Donald Tramp öz “Truth Social” hesabında yazıb.   Tramp İranın törətdiyi yol kənarındakı partlayışlar və məşhur olduqları çoxsaylı münaqişələr nəticəsində öldürülən və ağır yaralanan bütün insanların müqabilində təzminat tələb etdiyini bildirib.   “Bunlara əvvəlcə general Süleymaninin rəhbərliyi ilə həyata keçirilən hücumlar, o cümlədən “USS Cole” gəmisində həlak olanların ailələri və döyüşlərdə öldürülən minlərlə...

Seçilmiş Videolar

Toplum TV loqo