ABŞ Azərbaycanın Qəzzaya qoşun göndərməyə razılaşdığını, Azərbaycan isə əksini deyir
Foto/kollaj: Toplum TV
ABŞ Azərbaycanın Qəzzaya qoşun göndərməyə razılaşdığını, Azərbaycan isə əksini deyir
ABŞ-nin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Mayk Volts Azərbaycanın Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sülhməramlı qüvvə üçün qoşun göndərməyə razılaşdığını deyib.
Volts bunu dekabrın 23-də qonaq olduğu radio verilişində səsləndirib.
“Mən Qəzzada Amerika qoşunlarını istəmirəm. İsrail qoşunlarının geri qayıtması isə genişmiqyaslı müharibə və münasibətlərin yenidən pisləşməsi demək olardı ki, bu da problemdir. Buna görə də beynəlxalq qüvvə olacaq. İndoneziya, Azərbaycan və digər ölkələr artıq iştirak etməyə razılıq veriblər”, - o qeyd edib.
Bundan bir gün əvvəl isə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Yaponiyanın “Nikkei” nəşrinə ölkəsinin Qəzzaya qoşun göndərilməsi ilə bağlı tərəddüdləri olduğunu bildirib.
O, ABŞ-nin bu təkliflə Azərbaycan tərəfinə müraciət etdiyini təsdiqləsə də, yaradılacaq qüvvənin mandatının hələ müəyyən olunmadığını və buna görə yekun qərarın verilmədiyini deyib.
Hacıyev həmçinin bildirib ki, Ermənistanla uzun illər davam edən müharibədən sonra Azərbaycan xalqını başqa bir ölkəyə qoşun göndərməyə razı salmaq çətin olacaq.
ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 maddəlik sülh planında ABŞ-nin zolağa ərəb ölkələri və digər tərəfdaşlarla birlikdə “müvəqqəti sabitləşdirici qüvvə” yerləşdirməsi nəzərdə tutulur. Bu qüvvənin İsraillə atəşkəsə nəzarət edəcəyi, həmçinin fələstinli polis qüvvələrini təlimatlandıracağı gözlənilir.
“Beynəlxalq sabitləşdirici qüvvə” Trampın HƏMAS ilə İsrail arasındakı müharibəni dayandırmaq, eləcə də Qəzzanın demilitarizasiyası və bərpasını əhatə edən planının mühüm hissəsidir.
Zolağa nəzarət edən HƏMAS qruplaşması isə yalnız Fələstin dövlətinin bərqərar olması şərti ilə tərk-silah olunacağını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"