Manşet

Avropa Məhkəməsi Əli Kərimli ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib

24 Dekabr, 2025
176

Foto/kollaj: Toplum TV

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) hazırda həbsdə olan sədri Əli Kərimli barədə Azərbaycan hökumətinə sorğu göndərib.

"Azadlıq Radiosu"nun xəbərinə görə, sorğu AXCP sədrinin 2019-cu ilin iyununda Müsavat Partiyasının qərargahında xeyriyyə marafonu keçirilərkən polis tərəfindən saxlanılması ilə bağlıdır.

Ə.Kərimli saxlanılmanın qanunsuz olduğunu əsas gətirərək yerli məhkəmələrə şikayət etsə də, onun iddiası təmin olunmayıb və o, AİHM-ə müraciət edib.

Partiya sədri AİHM-ə ərizəsində Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 11-ci (yığıncaqlar və birləşmək azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri)  maddələrinin pozulduğunu iddia edib.

AİHM isə iş üzrə kommunikasiya mərhələsini başladıb.

2019-cu il iyunun 28-də Repressiya və İşgəncələr Əleyhinə Komitə Müsavat qərargahında xeyriyyə marafonu keçirib. Tədbirdə məqsəd etiraz aksiyalarına qatıldığı üçün cəzalandırılan ictimai-siyasi fəalların cərimələrinin ödənilməsinə kömək etmək olub.

Həmin gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilirdi ki, AXCP sədri Müsavat Partiyasının qərargahı önündə qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla bağlı polis idarəsinə çağırılıb.

Ə.Kərimli və AXCP Ali Məclisinin katibi Məmməd İbrahim barəsində dekabrın 1-də həbs qətimkan tədbiri seçilib.

Onlar sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi çərçivəsində ittiham edilirlər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin hakimiyyəti ələ keçirməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

Özləri isə ittihamı rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo