Manşet

Avropa Məhkəməsi FETÖ-cü olmaqda ittiham edilən şəxslərin hüquqlarının pozulduğunu tanıyıb

17 Dekabr, 2025
174

Foto: AİHM

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Türkiyədə FETÖ-cü elan olunaraq mühakimə edilmiş daha 2420 nəfərin bu ölkəyə qarşı şikayətinə baxıb. 

Dekabrın 16-da dərc edilmiş qərarda göstərilir ki, məhkəmə bu şəxslərin işlərində hüquq pozuntularını tanıyıb. 

Sözügedən şəxslər Türkiyə hakimiyyəti tərəfindən "Fətullahçı Terror Təşkilatçı" (FETÖ) kimi tanınan təşkilata üzv olmaq ittihamı ilə həbs ediliblər. Həbslər 2016-cı il iyulun 15-də hərbi çevriliş olduğu deyilən hadisələrdən sonra baş tutub. 

Türkiyə hüquq-mühafizə orqanları şəxsləri "ByLock” adlı şifrəli mesajlaşma tətbiqindən istifadə əsasında həbs edib və tətbiqin yalnız FETÖ üzvlərinin istifadəsi üçün nəzərdə tutulduğunu iddia edib. Yerli məhkəmələr də bu tətbiqdən istifadənin təqsirləndirilən şəxsləri terrorçuluq ittihamı ilə azadlıqdan məhrum etmək üçün yetərli olduğuna qərar verib. 

AİHM qərarında xatırladıb ki, əvvəl baxdığı eyni məzmunlu işlərdə "ByLock" istifadəçilərinə qarşı bu cür yanaşmanın Avropa İnsan Hüquqları Konvensiyasının 7-ci maddəsi ilə təmin edilən qanunilik prinsipini pozduğunu tanıyıb. 

Nəticədə məhkəmə konvensiyanın 6.1 (ədalətli məhkəmə araşdırması hüququ) və 7-ci (qanunda nəzərdə tutulmayan cəzanın yolverilməzliyi) maddələrinin pozulmasını müəyyən edib. 

Buna baxmayaraq, AİHM Türkiyə hökumətinə ərizəçilərə ödəmək üçün təzminat təyin etməyib və bildirib ki, bu ölkənin qanunvericiliyinə görə, onların AİHM qərarından sonra yerli məhkəmədə yenidən iddia qaldırmaq hüququ var. 

AİHM indiyə qədər Türkiyəyə qarşı bu tipli 6884 nəfərin şikayətinə baxıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo