Manşet

AXCP-nin bir üzvü həbs olunub, digərindən xəbər yoxdur 

7 Noyabr, 2025
272

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki üzvünün polis tərəfindən saxlanıldığı bildirilir. 

AXCP sədri Əli Kərimlinin "Facebook" səhifəsində yazdığına görə, partiya üzvləri Vəlişan Həsənov və Fərid Quliyevlə əlaqə noyabrın 6-dan itib. Onun sözlərinə görə, F.Quliyevin inzibati qaydada 30 sutkalıq həbs olunduğu barədə məlumat əldə olunub, lakin V.Həsənov barədə hələ də məlumat yoxdur. 

Partiya sədri iddia edib ki, hər iki fəal onu öz maşınları ilə müəyyən yerlərə aparıblar və buna görə "hakimiyyətin hədəfinə" çevriliblər. 

"Vəlişan bəy elə dünən məni öz maşını ilə bir yas yerinə və Tofiq Yaqublunun məhkəməsinə aparmışdı. Ondan əvvəl də Fərid bəy məni öz maşını ilə bir qohumumgilə və Bakı Ağır Cinayətlər Məhkəməsinə aparmışdı. Mənə yaxın cəbhəçilərin ardıcıl və sistemli şəkildə həbsi qərarı heç şübhəsiz ki, İlham Əliyev tərəfindən verilib. Güc və repressiya strukturları da bu tapşırıqları artıqlaması ilə yerinə yetirir. Həbslərin məqsədi cəbhəçiləri qorxudub məni təkləməkdir", - o qeyd edib. 

"Dünyanın harasında güclü və əvəzedilməz demirəm, sadəcə öz siyasi bacarığına əmin olan dövlət başçısı öz siyasi rəqibilə bu şəkildə - ofisini partladaraq, pasportunu həbs edərək, internetini kəsərək, ətrafını,  yaxınlarını həbs edərək, özünə işgəncə verdirərək mübarizə aparır? Varmı dünyada belə nümunə? Əminəm ki, ədalətli xalqımız nə baş verdiyinin fərqindədir", - Ə.Kərimli əlavə edib. 

Bu ilin martından Ə.Kərimli ilə yaxınlığı olan 10 AXCP üzvü həbs edilib. Onların əksəriyyəti inzibati qaydada həbs olunub. 

Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalov isə martın 22-də Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə həbs olunub. 

Onun digər ictimai əsaslarla mühafizəçisi Novruz Tağıyev isə mayın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb. 

Ə.Kərimlinin digər mühafizəçisi Niyaməddin Əhmədov da 2021-ci ildə terroru maliyyələşdirmədə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. 

AXCP-nin, ümumilikdə, 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Onlar ittihamları rədd edir və siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo