Manşet

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadıldı

22 Sentyabr, 2025
36

Foto: açıq mənbə

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadıldı.

Qərarın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verildiyi qeyd olunur.

Bundan əvvəl bu müddət 2025-ci il 1 oktyabr saat 06:00-dək olan dövrü əhatə edirdi.

Prezident İlham Əliyev 2024-cü il sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirmişdi.

İlham Əliyev iddia edib ki, son illər ərzində quru sərhədlərin bağlı olması Azərbaycanı çox böyük fəlakətlərdən xilas edib.

Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Ailəsi: Tofiq Yaqublunun müayinə və müalicəsi yerinə yetirilmir

22 Sentyabr 2025

Foto: Əziz Kərimov

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun müayinə və müalicəsinin aparılmadığı bildirilir.  Bu barədə sentyabrın 22-də "Facebook" səhifəsində xəbər verən qızı Nigar Həzi qeyd edib ki, son aclıq aksiyası siyasətçinin səhhətinə təsirsiz ötüşməyib. O bildirib ki, atası Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılsa da, zəruri xidmətlərlə təmin olunmur.  "T.Yaqublunun şərlənib həbs edilməsi azmış kimi indi də onun həyatını riskə atırlar. İlham Əliyev T.Yaqublunun aclıq aksiyasında ölməməyinin qisasını belə alır", - o vurğulayıb.  Milli Şura və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.  O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan...
Manşet

Elnarə Qasımova İstintaq Təcridxanasında dustaqların istismar olunduğunu deyir

17 Sentyabr 2025

Foto: VOA

“Abzas Media işi” üzrə həbs olunmuş jurnalist Elnarə Qasımova saxlanıldığı Bakı İstintaq Təcridxanasından yazır: Təcridxananın həyətində, dəhlizlərində sarı jiletli kişi məhbusları tez-tez görmək olur. Bəziləri torpağı belləyir, bəziləri arabalarla gələn sovqatları, malları daşıyır və digər işləri görür. Onlar həbsxana jarqonunda “xoz” adlanan təsərrüfat işçiləridir.  Yəni, məhkum işçilər. Bakı İstintaq Təcridxanasında (BİT) 200-ə yaxın məhkum işçi var.  Barələrindəki hökm qüvvəyə minmiş, artıq məhkum sayılan şəxslər öz razılıqları ilə təsərrüfat və məişət xidməti işi üçun istintaq təcridxanalarında və ya digər müəssisələrdə saxlanıla bilərlər.  Bu halda təcridxanalar həmin məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər. Təsərrüfat işçilərinin arasında santexnik, elektrik, dərzi, televizor ustası, təmirçi və...

Seçilmiş Videolar

Toplum TV loqo