Siyasət

Finlandiya prezidenti: Avropa Rusiya ilə müharibəyə hazır olmalıdır 

22 Sentyabr, 2025
49

Foto: presidentti.fi

Finlandiya prezidenti Aleksandr Stab deyib ki, Avropa Rusiya ilə müharibəyə hazır olmalıdır. 

O, bunu İngiltərənin "The Guardian" qəzetinə müsahibəsində, Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən danışarkən bildirib. 

Prezident qeyd edib ki, Ukrayna üçün müzakirə olunan təhlükəsizlik zəmanətləri gələcəkdə Moskvanın Ukraynaya qarşı yenidən hərbi əməliyyata başlayacağı halda Avropa ölkələrini Rusiya ilə vuruşmağa məcbur edəcək.

“Əslində təhlükəsizlik zəmanətləri çəkindirici vasitədir. Bu çəkindirici təsirin inandırıcı olması üçün isə o, güclü olmalıdır,” – Stubb bildirib.

O əlavə edib ki, zəmanətlər yalnız gələcəkdə Ukrayna və Rusiya arasında sülh razılaşması əldə edildikdən sonra qüvvəyə minəcək. Lakin Stab vurğulayıb ki, Rusiyanın zəmanətlərin formatında söz haqqı yoxdur. 

“Rusiyanın müstəqil bir dövlətin suveren qərarlarında tamamilə heç bir rolu yoxdur. Mənim üçün bu məsələ Rusiyanın razılaşıb-razılaşmayacağı ilə bağlı deyil. Əlbəttə, razılaşmayacaqlar, amma bu, önəmli deyil,” – o bildirib.

Ötən ay Fransa prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamışdı ki, 26 ölkə Ukraynada “zəmanət qüvvəsi”nin bir hissəsi olmağı öhdəsinə götürüb və onların bəziləri “quruda, dənizdə və ya havada” iştirak etməyi vəd edib.

Təhlükəsizlik zəmanətlərinin Avropa ölkələrinin gələcəkdə Ukraynaya qarşı mümkün təcavüz halında Rusiya ilə hərbi qarşıdurmaya gedəcəkləri mənasına gəlib-gəlmədiyi soruşulanda, Stab belə cavab verib: “Təhlükəsizlik təminatlarının mahiyyəti də məhz budur.”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ruslan İzzətli: Hakimiyyət tənqidçilərlə stalinizm metodları ilə mübarizə aparır

22 Sentyabr 2025

Foto: sosial media

Siyasətçi, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi“ üzrə keçirilən prosesdə ifadə verib.  O bildirib ki, həbsi siyasi sifariş əsasında həyata keçirilib və hakimiyyət uzun illər ona qarşı təyziqləri davam etdirib. Ruslan İzzətli deyib ki, ilk cəza sağlamlığında problemlərin olmasına baxmayaraq məcburi hərbi xidmətə aparılması ilə olub. O əlavə edib ki, buna səbəb 2020-ci ildə keçirilən parlament seçkilərindəki fəaliyyəti ilə bağlı olub: “Hakimiyyət düşünürdü ki, məni hərbi xidmətə göndərməklə siyasətdən çəkilməyə məcbur edəcək. Ona görə də ordudan “cərimə batalyonu” kimi istifadə etdi. Saxta sənədlə məni hərbi xidmətə göndərdi. Göndəriş üçün...
Siyasət

Britaniya, Kanada və Avstraliya Fələstini tanıyıb 

22 Sentyabr 2025

Foto: Palestine Chronicle

Böyük Britaniya, Kanada və Avstraliya sentyabrın 21-də Fələstini rəsmi olaraq dövlət kimi tanıyıblar.   Daha bir neçə Avropa ölkəsinin də bu həftə eyni addımı atmağa hazırlaşdığı bildirilir.  “Bu gün fələstinlilər və israillilər üçün sülh ümidini dirçəltmək və iki dövlətli həll yolunu təmin etmək məqsədilə Birləşmiş Krallıq rəsmi olaraq Fələstin Dövlətini tanıyır,” – deyə Böyük Britaniyanın baş naziri Kir Starmer  bəyanatında bildirib. Kanada baş naziri Mark Karni bəyanatında İsrail hökumətinin Fələstin dövlətinin yaradılması perspektivini "əbədi olaraq aradan qaldırmaq üçün planlı şəkildə fəaliyyət göstərdiyini" deyib.  "İsrail beynəlxalq hüquqa zidd olaraq İordaniya çayının qərb sahilində məskunlaşmaların genişləndirilməsi siyasətini amansızcasına davam etdirib. Qəzzada apardığı...

Seçilmiş Videolar

Toplum TV loqo