Foto: BBC
Rusiyada hərbi səfərbərliyə cəlb olunaraq döyüşə göndərilən keniyalı idmançı Ukraynada əsir düşüb.
Ukrayna ordusunun 57-ci Piyada Briqadasının ötən həftə yayımladığı videoda 36 yaşlı qaçıcı Evans Kibetin Rusiyaya qaytarılmamaq üçün yalvardığı görünür.
Kibetin sözlərinə görə, o, Rusiyaya qaçış yarışında iştirak üçün gedib. Yarışdan sonra isə qaldığı hotelin meneceri ona Rusiyada qalıb işləməyi təklif edib. Razılaşan və menecerin verdiyi, rusca yazılan sənədə imza atan Kibeti az sonra hərbi maşında cəbhəyə aparıblar.
Kibets videoda telefon və pasportunun da hotel meneceri tərəfindən götürüldüyünü deyir.
İdmançı maşınla 7 saat yol getdikdən sonra özünü hərbi düşərgədə tapıb. Burada ona deyilib ki, döyüşməyəcəyi halda, onu öldürəcəklər.
O deyir ki, bundan sonra bir həftəlik ilkin təlim keçirilib, ona sadəcə avtomat silahdan necə istifadə etməyi öyrədiblər. Komandirlərindən heç biri ingilis dilini bilmədiyi üçün göstərişlər jestlərlə verilib.
Kibet israr edir ki, heç vaxt döyüşə girməyib və ilk tapşırığına gedərkən avadanlıqlarını ataraq qaçıb. İki gün Ukraynanın şimal-şərqində, Xarkov vilayətinin Vovçansk yaxınlığındakı meşədə dolaşıb.
Sonra o, ukraynalı əsgərləri görərək onlara yaxınlaşıb və təslim olub:
“Dedim ki, mən Keniya vətəndaşıyam, zəhmət olmasa məni vurmayın.
Hamı silahını mənə tuşladı, amma mən onlara sakitləşmələrini söylədim. Komandir gəldi, mənim əllərimi bağladılar. Mən dedim: ‘Yox, mən silahsızam, heç nə istəmirəm. Mən buradayam ki, həyatımı xilas edim.’”
"BBC"-yə danışan ailə üzvləri Kibetsin maddi baxımdan çətinlik çəkdiyini, buna görə müxtəlif ölkələrdə yarışlara getdiyini deyiblər.
Keniya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi bildirib ki, hökumət bir neçə Keniya vətəndaşının Rusiyaya qaçaqmalçılıq yolu ilə aparılması və hazırda Ukraynada hərbi əsir kimi saxlanılması barədə xəbərləri araşdırır.
Ukraynanın əsirlərlə iş üzrə agentliyinin sözçüsü Petro Yatsenko "BBC"-yə deyib ki, əgər Kenya Kibetsin repatriasiyası ilə maraqlanarsa, Ukrayna "onu vətəninə qaytarmaq barədə danışıqlara açıqdır.”
Lakin o, digər hərbi əsirlərdən danışarkən əlavə edib ki, Afrika dövlətlərinin əksəriyyəti belə vətəndaşların geri qaytarılmasında "az maraq göstərir və onları qəbul etmək istəmir.”
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Getty Images
Foto: AP
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
Azərbaycanda partiya liderləri niyə “beynəlxalq ekspert”ə çevrildi?