Manşet

Bəhruz Səmədovun "karser"də saxlanılma müddəti daha 1 ay uzadılıb 

27 Oktyabr, 2025
371

Foto: sosial media

Həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun daha bir ay cərimə kamerasında ("karser") saxlanılacağı bildirilir. 

Bu barədə ictimai fəal Əmrah Təhməzov "Toplum TV"-yə B.Səmədovun nənəsi Zibeydə Osmanovaya istinadən məlumat verib.

Oktyabrın 26-da Z.Osmanova nəvəsilə saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində görüşüb. B.Səmədov oktyabrın 25-də "karser"dən buraxılmalı olsa da, o, nənəsinə müəssisə rəhbərliyi tərəfindən "karser"də saxlanılma müddətinin daha 1 ay uzadıldığını deyib. 

"Mənim günahım nədir ki, hələ məni bir ay da burda saxlamaq istəyirlər? Niyə mənim məhkəmələrimi qapalı keçirirlər, açıq eləmirlər? Deyirlər dövlətə xəyanət etmisən. İzah etsinlər görək, mən dövlətin hansı sirrini düşmən dövlətə vermişəm? Mən ancaq sülh tərəfdarıyam, müharibə istəmirəm", - B.Səmədov söyləyib. 

Sülh fəalı nənəsinə həm də özünü öldürmək həddinə gəldiyini bildirib. 

B.Səmədovun bir aydan sonra isə Umbakı Penitensiar Kompleksinə köçürüləcəyi bildirilir. 

Ə.Təhməzovun dediyinə görə, cəzaçəkmə müəssisəsinin rəisi fəalın "karser"də saxlanılmasını ümumi kamerada Qarabağ müharibəsi iştirakçısının olması ilə izah edib. Rəis iddia edib ki, B.Səmədov dövlətə xəyanətdə ittiham edildiyinə görə onların arasında münaqişə baş verə bilər. 

"Əvvəla, qazi ilə Bəhruzun nə işi? Bəhruz sülh üçün danışan adamdır. Elə ən çox qazi ilə yola gedəcək. İkincisi də, yola getməyəcək deyirsinizsə, qazini köçürün şəhəriçi başqa "zon"a. Bəhruzun 82 yaşlı nənəsini adicə yaxınlıqdakı Kürdəxanıya [Bakı İstintaq Təcridxanası - red.] aparıb-gətirəndə halı yolda pisləşirdi. Umbakıya isə, ümumiyyətlə, gedə bilmir. Hansısa qazi məhbus bəhanəsilə Bəhruza və onun ahıl yaşada nənəsinə əzab yaşatmayın. Salmısınız zindana, heç olmasa imkan verin evlərinə yaxın yerdə, nənəsinə yaxın olsun", - Ə.Təhməzov "Facebook" səhifəsində qeyd edib. 

Yaxınları xatırladırlar ki, B.Səmədov həbsdə əvvəllər iki dəfə intihara cəhd edib və son anda xilas edilib.

Deyilənlərlə bağlı Penitensiar Xidmət hələ ki münasibət bildirməyib.

Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 
Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub.

Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. 

Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub. 

O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo