Manşet

Bəxtiyar Hacıyev: “Ramiz Mehdiyevin mənə yapışdırdığı ittihamlarla indi onu mühakimə edirlər”

31 Oktyabr, 2025
234

Foto: VOA

Hazırda həbsdə olan ictimai-siyasi fəal Bəxtiyar Hacıyev ictimaiyyətə müraciət ünvanlayıb.

Müraciəti oktyabrın 30-da “Azadlıq Qəzeti“ dərc edib.

Müraciətində o, korrupsiya və haqsızlıqlara qarşı çıxış etdiyinə görə təzyiqlərə məruz qaldığını bildirib:

“2004-cü ildə təhsil sistemində korrupsiyaya etiraz etdim, 2007-ci ildə isə kommunal qiymətlərin artımına qarşı sayt yaratdım və 12 sutka inzibati həbsə məruz qaldım. Həmin il Harvard Universitetinə qəbul olunsam da, dövlət rəsmiləri təqaüddən imtina etməyimi tələb etdilər, mənə isə dövlət proqramı çərçivəsində maliyyə dəstəyi verilmədi.”

Hacıyev deyib ki, illərdir dövlət strukturlarında ona qarşı aparılan kampaniyanın arxasında sabiq Prezident Aadministrasiyası rəhbəri Ramiz Mehdiyev dayanıb:

“2010-cu ildə deputatlığa namizəd oldum, faktiki qalib gəldiyim seçkidən dərhal sonra həbs edildim. Bütün bunlar və 2019-cu ilə qədər qarşılaşdığım polis təzyiqləri, həbslər və məhrumiyyətlər birbaşa Ramiz Mehdiyevin əmri ilə həyata keçirilirdi. Hər zaman o və ətrafındaki yaşlı və gənc əlaltıları məni inqilabçı, dövlət çevirilişinə hazırlaşan şəxs kimi tədqim edirdilər. Son həbsim zamanı da cinayət işində müxtəlif formalarda guya mənim dövlət çevirilişinə hazırlaşmağım barədə qeydlər var.

Bu gün isə mənə bu ittihamları illərdir yapışdırmağa çalışan Ramiz Mehdiyevin özü dövlət çevrilişinə hazırlıqda ittiham edilir, mühakimə olunur”

Bəxtiyar Hacıyev öz fəaliyyətinin heç vaxt dövlət maraqlarına zidd olmadığını vurğulayıb.

“Mənə qarşı irəli sürülən ittihamlar saxtadır. Heç vaxt ölkənin maraqlarına zərbə vuran heç bir addım atmamışam. Mənim fəaliyyətim demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti işidir, cinayət deyil.”
Siyasi fəal bildirib ki, bu gün də Ramiz Mehdiyevin keçmiş təsir dairəsində qalan şəxslər “vətəndaş cəmiyyəti nümayəndələrinin, jurnalistlərin və hüquq müdafiəçilərinin həbsdə saxlanması üçün hər vasitəyə əl atırlar”, - deyə Hacıyev bildirib.

Onun fikrincə, belə davranışlar Azərbaycanın inkişaf etmiş Qərb ölkələri ilə strateji tərəfdaşlığına zərbə vurur, cəmiyyətdə narazılıq və aqressiya yaradır.

Oktyabrın 14-də hökumətyönlü media Səbail Rayon Məhkəməsinin Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçdiyi xəbərini yayıb. 

Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilir. 

Hacıyev müraciətini 44 günlük Vətən müharibəsinin 5 illiyi ərəfəsində “ictimai barışığın təşviqi” çağırışı ilə tamamlayıb:

“Ümid edirəm ki, hələ də sağlam düşünən dövlət adamları var və onlar zəfər bayramı ərəfəsində siyasi sifarişlə həbs edilmiş vətəndaş cəmiyyəti təmsilçilərinin, jurnalistlərin və digər məhkumların azadlığa buraxılması istiqamətində təşəbbüs göstərəcəklər.”

Bəxtiyar Hacıyev yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Bundan başqa, ictimai fəalın evi və bank hesablarındakı pul müsadirə olunub. 

Ona təlim-tədris işləri qadağan edilib.

İctimai fəal özünü təqsirli bilmədiyini, sifarişlə həbs olunduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo