Foto: Gündəlik Naxçıvan
Naxçıvanda yerləşən Duzdağ mədənlərində istehsalın dayanması nəticəsində yüzlərlə əməkdaş işsiz qalıb.
Bu barədə “Gündəlik Naxçıvan”a mədən işçiləri məlumat veriblər. Onların sözlərinə görə, artıq bir neçə gündür bütün mədənlərə giriş-çıxış qadağan olunub.
Mədən əməkdaşları bildirirlər ki, rəsmi versiyaya görə “çökmə riski” səbəbindən fəaliyyət müvəqqəti dayandırılsa da, əslində mədənlərin “məmurlar arasında bölüşdürülməsi” prosesi gedir.
“Bir neçə aydır mədənlərin çoxu səbəbsiz yerə bağlanmışdı, istehsal minimuma endirilmişdi. İndi isə guya monitorinq aparıb, çökmə riski olduğunu deyirlər. Amma niyə bu risk özəlləşmə başlayandan sonra ortaya çıxdı?”, - işçilərdən biri sual edir.
Mədənçilərin dediyinə görə, sahədə müəyyən çatlar əvvəllər də müşahidə olunub, lakin bu, istehsalın dayanmasına əsas verməyib:
“Aramızda 10-15 il bu sahədə çalışanlar var. Heç vaxt belə risklə üzləşməmişik. Əgər real təhlükə olsaydı, bunu ilk biz hiss edərdik.”
Mədən əməkdaşları həmçinin aylardır maaş ala bilmədiklərini, bir çoxunun işdən çıxarıldığını deyirlər:
“Bir çox işçi məcburən işi tərk edib. Aylardır maaş almayanlar var. Mədənlər uğrunda gedən mübarizədə zərəri isə biz fəhlələr çəkirik.”
Onların sözlərinə görə, Duzdağ mədənlərinin bağlanması təkcə işçilərin deyil, yerli sakinlərin də həyatına təsir edib.
“Artıq Naxçıvanda yerli duz tapmaq çətindir və bazarda qiymətlər qalxıb. Yerli istehsal dayandığı üçün mağazalarda əsasən kənardan gətirilən duz satılır.”
Duzdağda ən böyük istehsalçı “Naxçıvan Duz İstehsalı” MMC olub. Müəssisə bu ilin may ayında özəlləşdirilmə məqsədilə tenderə çıxarılıb. Qeyri-rəsmi məlumatlara görə, tenderin qalibi “Şərq-Qərb” ASC-dir.
İddialara əsasən, bu şirkətin 96 faizi Prezident Administrasiyası sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsusdur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
“Toplum TV işi”: “Belə işə görə siz müstəntiqlərə cinayət işi açmalı idiniz”
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib