Foto: açıq mənbə
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, gələn il əkin üçün 290 milyon manat subsidiya ayrılıb.
Nazir bunu noyabrın 13-də parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.
Nazirin hesablamasına görə, bu məbləğ cari ilin büdcəsi ilə müqayisədə 6 milyon manat və ya 2 faiz az, 2024-cü illə müqayisədə isə 16 milyon manat və ya 5,8 faiz çoxdur.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli “Toplum TV”-yə deyib ki, Azərbaycanda subsidiyaların verilməsində problem var.
“Kəndlilər ilboyu işləyir və əldə etdikləri vəsaiti sosial yalnız xərcləri üçün çatdıra bilir. Onların o qədər gəliri olmur ki, növbəti əkin ili üçün vəsait saxlaya bilsinlər. Buna görə də, dövlət fermerlərə subsidiyanı əkindən əvvəl verməlidir. Əgər dövlət fermerin nə qədər sahədə əkin aparacağını bilmirsə, subsidiya ödənişinin təşkilini əvvəlki ilin göstəricilərini əsas götürərək təşkil edə bilər. Mənə kəndlilərdən çoxlu şikayətlər gəlir ki, onlar vaxtında subsidiyanı almadıqlarına görə, aqro-texniki qaydalara tam əməl edə bilməyiblər. Lazımi qədər gübrə, pestisid ala bilmirlər və ya texnika ilə görüləcək işi ixtisara salırlar. Yığında və daşınmada problem yaşayırlar. Dizel yanacağının qiymətində artım da onların xərclərini artırıb. Dövlət bu problemi həll etməlidir”, - o qeyd edib.
V.Məhərrəmli əlavə edib ki, subsidiyaların ödənilməsində şəffaflıq problemi də mövcuddur.
“Subsidiyaları, əsasən, oliqarx məmurlar əldə edir. Çünki onlar daha çox əkin sahəsini ələ keçiriblər və daha çox sahədə əkin işi görürlər. Subsidiyalar da onların daha çox marağı olan intensiv bağçılığa ayrılır. Halbuki bu gün Azərbaycan bitkiçilikdə özünü daha çox dənli bitkilərlə, kartofla və tərəvəz məhsulları ilə, heyvandarlıqda isə ətlə, südlə, kərə yağı ilə təmin etməldiir. Ona görə də bu adı sadalanan sahələrə daha böyük məbləğdə subsidiya ayrılmalıdır”, - o vurğulayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"