Əli Kərimlinin həbsdə olan mühafizəçisinə qarşı əlavə ittiham irəli sürülüb
Foto: sosial media
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi, həbsdə olan Novruz Tağıyevə qarşı əlavə ittiham irəli sürülüb.
Bu barədə AXCP məlumat yayıb.
Məlumatda bildirilir ki, N.Tağıyev indi də Cinayət Məcəlləsinin 320-ci maddəsi (vəsiqə və ya digər rəsmi sənədi saxtalaşdırma və ya qanunsuz hazırlama, satmaq) ilə təqsirləndirilir.
Ona qarşı daha əvvəl Cinayət Məcəlləsinin 178.2-ci (dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.
N.Tağıyevin vəkili Nemət Kərimli "Meydan TV"-yə deyib ki, istintaqın yekunlaşması ilə əlaqədar olaraq müvəkkilini Bakı İstintaq Təcridxanasından Yasamal Rayon Polis İdarəsinə gətiriblər. Onun sözlərinə görə, dekabrın 15-də iş üzrə materialların məhkəməyə göndərilməsi gözlənilir.
N.Kərimli əlavə edib ki, bir həftəyə yaxındır polis idarəsində saxlanılan N.Tağıyevə ailəsi ilə görüşə, habelə yemək və geyim qəbul etməyə icazə verilmir.
“Mən orada olanda dedi ki, artıq 3 gündür acam. Bu qeyri-humanist addımdır. Kənardan yemək gətirilməsinə də icazə verilmir. Əvvəl dedilər, saat üçdən altıya qədər yemək buraxılır. Amma bu gün gediblər, yenə buraxılmayıb", - o bildirib.
N.Tağıyev mayın 20-də polis tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Əli Kərimli həmin vaxt N.Tağıyevə qarşı ittihamı “qurama, həyasız, məqsədli üzədurma” adlandırmışdı.
Hazırda Ə.Kərimli də daxil olmaqla AXCP-nin 20-ə yaxın üzvü həbsdədir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"