Manşet

Erməni jurnalist: “Qarabağın son erməni sakinləri Azərbaycandan zorla köçürülüb" 

28 Yanvar, 2026
624

Foto: AFP

Qarabağda yaşamış, bu yaxınlarda Ermənistana köçürülən erməni sakinlərin Azərbaycandan zorla çıxarıldığı haqda məlumat yayılıb. 

Bunu "Azadlıq Radiosu"nun erməni xidmətinə əslən Qarabağdan olan jurnalist Tiqran Petrosyan deyib. 

O, sakinlərdən birinə istinadən iddia edib ki, 10 erməni və bir rus sakin avtobusa doldurularaq Azərbaycan-Ermənistan sərhədindəki Həkəri keçid məntəqəsinə gətirilib. 

"Onlar öldürülmək üçün gizlin yerə aparıldıqlarını düşünüblər. Qadınlardan biri yolboyu ağlayıb. Yalnız sərhədə çatanda Ermənistana təhvil veriləcəklərini başa düşüblər", - o qeyd edib. 

Petrosyanın sözlərinə görə, sakinlərdən biri, Azərbaycan mediasına müsahibələri ilə məşhurlaşmış Mişa Qriqoryan sərhəddən geri qayıdıb. 

“O deyib ki, 'mən getmirəm, məni ermənilər öldürəcəklər' və s. Qorxurmuş ki, burada onu öldürəcəklər, türklərin [azərbaycanlılar - red.] ayaqları altına düşüb. Türklər də deyiblər ki, 'əgər qalsan, səni burada biz öldürəcəyik'. O isə deyib ki, 'yaxşısı budur, siz məni öldürün'. Ağlayıb-sızlayıb, sonra onu yenidən maşına mindirib aparıblar”, - Petrosyan deyib. 

M.Qriqoryan Bakıda həbsdə olan erməni iş adamı Ruben Vardanyanın məhkəməsində onun əleyhinə ifadə verməsi ilə də tanınıb. O, Azərbaycan mediasına müsahibələrində Azərbaycan hakimiyyətini tərifləyib, Qarabağdakı keçmiş separatçı rejimi isə tənqid edib. 

Petrosyanın sözlərinə görə, Qarabağdan köçürülmüş sakinlər ahıl və psixi sağlamlıq problemləri olan şəxslər olub və onlar son aylarda Xankəndidə hoteldə, təcrid olunmuş vəziyyətdə saxlanılıblar. O iddia edib ki, sakinlərə son vaxtlar Ermənistana getmələri üçün psixoloji təzyiqlər edilib. 

Azərbaycan və Ermənistanın rəsmi qurumları iddiaya münasibət bildirməyib. 

Yanvarın 23-də Ermənistanın əmək və sosial əlaqələr naziri Arsen Torosyan Qarabağda yaşayan 10 erməni və bir rusun Ermənistana təhvil verildiklərini bildirib. 

“Onlar Azərbaycan və Ermənistanın müvafiq qurumlarına Ermənistan Respublikasına köçürülmə ilə bağlı müraciət etmişdilər. Müraciətlər əsasında qeyd olunan şəxslər Ermənistan Respublikasına köçürülüb,” - nazir bildirib. 

Azərbaycan 2023-cü ilin sentyabrında keçmiş Dağlıq Qarabağ ərazisində hərbi əməliyyat keçirməklə bölgəyə nəzarəti bərpa edib. Nəticədə bölgəyə həmin vaxta qədər nəzarət edən separatçı qurum ləğv edilib və orada yaşayan yüz minə yaxın erməni mülki əhali Ermənistana köçüb. 

Rəsmi məlumatlarda bildirilirdi ki, ərazidə 20-yə yaxın, əsasən ahıllıq vəziyyətinə görə səfər edə bilməyən mülki ermənilər qalıb. 

Azərbaycan həm də bu yaxınlarda həbsdə olan 4 ermənini Ermənistana təhvil verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo