Manşet

Erməni nümayəndə: "Hikmət Hacıyev dedi ki, erməni məhbuslarla bağlı danışıqlar gedir"

24 Noyabr, 2025
281

Foto/kollaj: Toplum TV

Noyabrın 21-i və 22-də Bakıda səfərdə olan Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Yerevana qayıtdıqdan sonra mətbuat konfransı keçiriblər. 

Bu barədə "Azadlıq Radiosu"nun erməni xidməti məlumat yayıb. 

Nümayəndə heyətinin üzvü Naira Sultanyan noyabrın 24-də keçirilən mətbuat konfransında açıqlayıb ki, səfər çərçivəsində görüşdükləri Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev nümayəndələri Azərbaycanda həbsdə olan erməni məhbusların məsələsi ilə bağlı "aktiv danışıqların aparıldığı barədə" əmin edib. 

“Təəssüf edirəm ki, biz bəzi suallara, məsələn, məhbusların adları və sayı barədə suallara aydın və dəqiq cavab almadıq. Amma Ermənistan hakimiyyəti bizə davamlı səylər göstərdiklərini vəd edib, cənab Hacıyev isə bizə çox aktiv danışıqların aparıldığını təsdiqləyib", - Sultanyan bildirib.

Digər bir nümayəndə Boris Navasardyan isə erməni məhbusların gələcəyi ilə bağlı daha nikbin olduğunu bildirib:

“Məsələ müzakirə olunur, müəyyən həll yolu tapa bilər, amma nə zaman, necə və hansı formada həll olunacağını yəqin ki, yaxın gələcəkdə görəcəyik. Bəzi detallar var, amma onlar yekun olmadığından, mən onlardan danışmaq istəməzdim.”

Erməni nümayəndələr Bakıda erməni məhbuslarla görüşmək istəklərini də ifadə ediblər, lakin onların bu istəyi təmin olunmayıb. Buna baxmayaraq, nə Ermənistan, nə də Azərbaycan hakimiyyəti onlara bu məsələni görüşlərdə qaldırmaqla bağlı məhdudiyyət qoyub. 

"Biz bu məsələni beynəlxalq qurumlarda və strukturlarda qaldırmışıq və qaldırmağa davam edirik, Qırmızı Xaçın yoxluğu səbəbindən isə əlavə məktublar göndərilmişdir. Lakin birbaşa Azərbaycan tərəfi ilə danışmaq bizim üçün yeni bir vəziyyət idi, xüsusilə də cənab Hacıyev qarşısında oturaraq. Biz sözlərimizi diplomatik şəkildə ifadə etməyə və onları incəliklə əsaslandırmağa çalışdıq ki, tərəflər arasında etimad və qarşılıqlı anlayış yaransın, nəticədə bu məsələlərin daha sürətlə həll olunacağına ümid edirik", - Sultanyan deyib. 

Ermənistandan olan heyətin tərkibində Demokratiyanın İnkişafı Fondunun rəhbəri Naira Sultanyan, Təhlükəsizlik Siyasəti üzrə Araşdırma Mərkəzinin təsisçisi Areq Koçinyan və Yerevan Media Klubunun fəxri prezidenti Boris Navasadryan yer alıb. 

Bundan bir ay əvvəl isə Azərbaycandan olan nümayəndə heyəti Yerevana səfər edib. 

Heyətin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva və "1news.az" saytının baş redaktoru Kəmalə Məmmədova yer alıb.

Səfər çərçivəsində onlar Ermənistandan olan həmkarları ilə, eləcə də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüblər.

Ermənistan baş naziri Nikol Paşinyan avqustun 8-də ABŞ prezidenti Donald Trampla ikili görüşündə Azərbaycanda həbsdə olan erməni məhbusların məsələsini qaldırıb. Görüşdən yayılan videoda Tramp Azərbaycan prezidenti İlham Əliyevdən məhbusları azad etməyi xahiş edəcəyini deyir. 

Azərbaycan tərəfi bu barədə rəsmi açıqlama verməyib. 

Azərbaycanda ümumilikdə 23 erməni məhbusun saxlanıldığı bildirilir. 

Sözügedən məhbusların əksəriyyəti 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağdakı hərbi əməliyyatından sonra erməni əhalinin Ermənistana köçü zamanı saxlanılıblar. Onların arasında keçmiş separatçı rejimdə prezident vəzifəsini daşımış Arayik Harutyunyan, Bako Saakyan, Arkadi Qukasyan  və dövlət naziri vəzifəsini daşımış milyarder Ruben Vardanyan var. 

Hazırda onların məhkəmələri davam edir. 

Trampın Əliyevlə görüşündən yayılan videolarda isə bu mövzuya toxunulduğu müşahidə olunmur. İmzalanan sənədlərdə də bu barədə qeydə yer verilməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo