Manşet

Fazil Qasımov baş prokurora müraciət edib 

25 Dekabr, 2025
233

Foto/kollaj: Toplum TV

Həbsdə olan iqtisadçı Fazil Qasımov baş prokuror Kamran Əliyevə müraciət edib. 

Ailəsinin "Toplum TV" ilə paylaşdığı, 20 dekabr tarixli müraciətdə iqtisadçı bu ilin martında 9 il azadlıqdan məhrum edildiyini, apellyasiya şikayətinin təmin olunmadığını xatırladıb. 

"Bununla belə, müstəntiq Yusif Yusifov tərəfindən istintaq sənədlərində yol verilmiş səhvlər və iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Əliyev Anar Şahismayıl oğlunun istintaqa verdiyi məlumatların yalan olduğunu göstərən dəlillər mənə elan edilmiş ittihamların əsassızlığını tam şəkildə sübut edir", - o əlavə edib. 

F.Qasımov bildirib ki, həbs edilənə qədər İstanbul Universitetində doktorant olub və həbsi elmi fəaliyyətinə məcburi ara verməsinə səbəb olub. 

"Müstəntiqin sübutları saxtalaşdırılması ilə bağlı faktları da tədqiqat bacarıqlarım sayəsində aşkara çıxarmışam. 28 aydır davam edən qanunsuz həbsim sağlamlığıma zərər verməklə birlikdə, elmi fəaliyyətimin yarımçıq qalmasına səbəb olub", - o vurğulayıb. 

İqtisadçı qanunvericiliyə istinadən qeyd edib ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. 

"Prokuror, həmçinin, təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə malikdir", - o əlavə edib. 

F.Qasımov K.Əliyevə xatırladıb ki, onun qanunvericiliyə əsasən Apellyasiya Məhkəməsində iştirak etmiş dövlət ittihamçısının əvəzinə instansiya protesti vermək hüququ var. Buna görə də, o, baş prokurordan protest verərək barəsindəki cinayət təqibindən imtina etməyi xahiş edib. 

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub.

Özü isə ittihamı rədd edir. 

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O da ittihamları rədd edir. 

Ötən ilin aprelində Q.İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo