Manşet

Fazil Qasımov Britaniya səfirinə müraciət edib: “Həyatıma qarşı sui-qəsd təhlükəsi var”

2 Dekabr, 2025
124

Foto: sosial media

Həbsdə olan iqtisadçı Fazil Qasımov Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Aulda müraciət edib.

F. Qasımovun ailə üzvlərinin “Toplum TV” ilə paylaşdığı müraciətdə iqtisadçı bildirib ki, o, Azərbaycan Demokratiya və Rifah Partiyasının keçmiş sədri, iqtisadçı Qubad İbadoğluya qarşı açılmış cinayət işi üzrə 2023-cü ilin avqustunda “qeyri-qanuni yollarla” Türkiyədən Azərbaycana gətirilərək cinayət məsuliyyətinə cəlb edilib və bu il martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum olunub. Onun barəsində çıxarılmış hökmdən verdiyi apellyasiya şikayəti isə sentyabrın 29-da təmin edilməyib.

“Bildirmək istəyirəm ki, ibtidai istintaq zamanı mənə verilən suallardan başa düşdüm ki, mənim və Qubad İbadoğlunun barəsində cinayət təqibi başladılmasının səbəbi Londonda Azərbaycan Gənclərinin Təhsil Fondu (AYEF) adlı xeyriyyə təşkilatı qeydiyyatdan keçirməyimizdir. Bu təşkilatın yaradılma ideyası mənə məxsusdur. 2021-ci ildə Azərbaycan gəncləri üçün Avropa ölkələrində təqaüdlü təhsil imkanları yaratmaq məqsədi ilə Qubad İbadoğluya Londonda təhsil fondu yaratmağı təklif etmişəm. O isə bu ideyanı bəyənib, onun reallaşmasında mənə dəstək olmuşdur. 2022-ci ilin yanvar ayında bu fondun yaradılması ilə bağlı planlarımızı ictimailəşdirməyimiz 2022–2026-cı illər üzrə xaricdə təhsil dövlət proqramının qəbul edilməsinə səbəb olmuşdu. Həmin proqram hesabına 1000-dən çox Azərbaycan gənci xaricdə təhsil alır. Biz birgə çalışaraq 29 iyun 2023-cü il tarixdə Azərbaycan Gənclərinin Təhsil Fondunun Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alınmasına nail olduq. Bu fondun qeydiyyata alınması isə Azərbaycan siyasi hakimiyyəti tərəfindən qəzəblə qarşılanmış və nəticədə siyasi motivlərlə həbs edilməyimizə səbəb olmuşdur”, – o bildirib.

İqtisadçı həmçinin qeyd edib ki, həbsi İstanbul Universitetindəki elmi fəaliyyətinin yarımçıq qalmasına səbəb olub.

“Böyük Britaniyada xeyriyyə təşkilatı yaratmaq təşəbbüsü ilə çıxış etdiyimə görə hazırda həyatıma qarşı sui-qəsd təhlükəsi mövcuddur. Əlavə olaraq, uzun müddət aclıq aksiyası keçirdiyimə, qapalı yerdə saxlanıldığıma və sistemli şəkildə zorakılığa məruz qaldığıma görə səhhətim gündən-günə pisləşir. Sivil dəyərlərlə yaşayan, demokratik düşüncəli elm adamı olaraq Böyük Britaniyanın baş naziri cənab Kir Starmerə və sizə müraciət edərək azadlıq hüququmun bərpa olunması üçün mənə köməklik göstərməyinizi xahiş edirəm”, – o vurğulayıb.

Fazil Qasımov Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə – maddəsi ilə ittiham olunur.

O isə ittihamı rədd edir.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma, həmçinin dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham edilir. O da ittihamları rədd edir.

Ötən ilin aprelində Q. İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri dəyişdirilərək o, polis nəzarətinə verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo