Manşet

Fazil Qasımov: “Kamera görüntülərini həm məndən, həm də vəkilimdən gizlədirlər”

10 Dekabr, 2025
113

Foto: açıq mənbə

Həbsdə olan iqtisadçı Fazil Qasımov istintaq prosesində maddi sübutlara çıxışın məhdudlaşdırıldığını deyir.

Ailə üzvlərinin “Toplum TV”-yə verdiyi məlumata görə, Fazil Qasımov bu barədə dekabrın 10-da telefon danışığı zamanı biıdirib.

F.Qasımovun sözlərinə görə, müstəntiq Yusif Yusifov onun işi üzrə təhlükəsiz şəhər kamerası tərəfindən qeydə alınmış 3 video görüntünün mövcud olduğunu və bu materialların maddi sübut kimi qəbul edildiyini bildirib.

Fazil Qasımov qeyd edib ki, 6 oktyabr 2025-ci ildə Şüvəlanda saxlanıldığı zaman bu video sübutlarla tanış olmaq üçün Ali Məhkəməyə, Məhkəmə-Hüquq Şurasına və Bakı Apellyasiya Məhkəməsinin hakimi Aqil Musayevə ərizə göndərib. Onun iddiasına görə, hakim Aqil Musayev həmin ərizə ilə bağlı hələ də qərar verməyib.

“Mən qanunla bu sübutlarla tanış olmaq hüququna malikəm. Ərizə yazılanda ona cavab verilməlidir”, – Qasımov bildirib.

O əlavə edib ki, 13 noyabr 2025-ci ildə protokollarla tanış olmaq üçün Bakı Apellyasiya Məhkəməsinə aparılsa da, maddi sübut hesab edilən video görüntülərin təqdim edilməsini tələb etsə də, bu dəfə də ona imkan yaradılmayıb.

“Mən kassasiya şikayəti yazmaq üçün həmin sübutlara ehtiyacım olduğunu açıq şəkildə dedim. Yenə də təqdim etmədilər. Təhlükəsiz şəhər kamerasından alındığını iddia etdikləri bu videoları həm məndən, həm də vəkilimdən gizlədirlər”, - Fazil Qasımov vurgulayıb.

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub.

Özü isə ittihamı rədd edir. 

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O da ittihamları rədd edir. 

Ötən ilin aprelində Q.İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo