Manşet

Fərid Mehralızadə beynəlxalq mükafata layiq görülüb

3 Noyabr, 2025
129

Foto: sosial media

“Azadlıq Radiosu”nun həbsdə olan jurnalisti Fərid Mehralızadə ABŞ Milli Mətbuat Klubunun Con Obyuşon adına Mətbuat Azadlığı Mükafatına layiq görülüb

F.Mehralızadə mükafata 2025-ci ildə layiq görülən 9 jurnalistdən biri olub. 5-i Vyetnamdan, 2-si Myanmadan, digərləri Rusiya və Azərbaycandan olan jurnalistlərin hamısı ölkələrində həbsdədir. Onların hamısı ABŞ Qlobal Media Agentliyinin (USAGM) maliyyələşdirdiyi “Azadlıq Radiosu” və ya “Amerikanın Səsi” ilə işləyib. 

ABŞ prezidenti Donald Tramp martın 14-də “Azadlıq Radiosu”, “Amerikanın Səsi” və digər federal yayımçılara nəzarət edən USAGM də daxil olmaqla yeddi federal agentliyi ixtisar etməyə yönəlmiş sərəncam imzalayıb. 

Milli Mətbuat Klubunun İdarə Heyəti bildirib ki, bu mükafat həm “jurnalistlərin təhlükəli bölgələrdə peşə fəaliyyətlərini davam etdirməkdə göstərdikləri cəsarəti tanımaq”, həm də ABŞ hökumətinin “söz azadlığı ideallarını irəli aparan işlərinə görə həbs olunan jurnalistləri müdafiə etməkdəki uğursuzluğuna diqqət çəkmək məqsədi” daşıyır.

“Bu doqquz jurnalist dünyanın ən təhlükəli yerlərində həqiqəti çatdırmaq üçün azadlıqlarını riskə atıblar. Onlar azad mətbuatın işini yerinə yetiriblər, başqalarının sükut yaratmağa çalışdığı yerlərə işıq salıblar və bunu ABŞ tərəfindən dəstəklənən media qurumlarının adı altında ediblər. Onların cəsarəti ən dərin hörmətimizə layiqdir”, -  deyə Milli Mətbuat Klubunun prezidenti Mayk Balsamo bildirib. 

Balsamonun sözlərinə görə, USAGM-nin ləğvi onlarla jurnalisti təhlükə qarşısında müdafiəsiz qoyub və ABŞ hökumətinin “onların azadlığa buraxılması üçün rəsmi müdafiə mexanizmlərindən istifadə imkanlarını” aradan qaldırıb.

“ABŞ bu jurnalistləri və onların təmsil etdiyi idealları yarı yolda qoya bilməz. Biz Ağ Evə, Konqresə və Dövlət Departamentinə müraciət edirik ki, bu məsələyə yenidən diqqət yetirsinlər, onların azad olunması üçün səylər göstərsinlər və gələcəkdə ABŞ tərəfindən dəstəklənən media qurumlarının jurnalistləri, həyatlarını Amerika adına riskə atanları qorumaq üçün aydın mexanizmlərin olmasını təmin etsinlər”, - o qeyd edib. 

Mükafatların təqdim olunma mərasimi dekabrın 9-da Vaşinqtonda baş tutacaq. 

1908-ci ildə qurulan Milli Mətbuat Klubu 1991-ci ildə Mətbuat Azadlığı Mükafatını təsis edib. Mükafata Azərbaycandan indiyə qədər yalnız 2015-ci ildə, həmin vaxt həbsdə olan Xədicə İsmayıl layiq görülüb. 
“Azadlıq Radiosu”nun jurnalisti və iqtisadçı F.Mehralızadə 2024-cü ilin iyununda “Abzas Media işi” üzrə həbs olunub. O, “Azadlıq Radiosu” üçün fəaliyyətinə görə həbs olunduğunu deyir. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo