Foto: açıq mənbə
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqa ifadə verməsi üçün çağırılıb.
Siyasətçi bu barədə yanvarın 12-də sosial media hesabında məlumat verib.
Onun sözlərinə görə, DTX-nin İstintaq İdarəsindən telefon zəngi ilə onun sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar çağırıldığı deyilib. O isə ölkədə olmadığını, yalnız zəng vasitəsilə suallara cavab verə biləcəyini deyib.
"Mən hara, Ramiz Mehdiyev hara... Ramiz Mehdiyevin dövründə 4 dəfə siyasi sifarişlə şərlənərək cinayət məsuliyyətinə cəlb olunmuşam. Özüm ölkədə olmasam da, Ramiz Mehdiyevə qarşı yazdığım yazılarda əslində mənə ünvanlanacaq bütün suallara lazım olan bütün cavablar var", - F.Qəhrəmanlı qeyd edib.
R.Mehdiyevə qarşı ötən ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə cinayət işi açılıb, barəsində ev dustaqlığı qərarı verilib.
Eyni iş çərçivəsində AXCP sədri Əli Kərimli və AXCP Ali Məclisinin katibi Məmməd İbrahim dekabrın 1-də həbs olunublar.
Habelə, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edilmək üçün Türkiyədə saxlanılıb. Sabiq baş nazir müavini Abbas Abbasov barəsində isə axtarış elan olunub.
R.Mehdiyevin və A.Abbasovun ittihamlara münasibəti məlum deyil.
Digərləri isə ittihamları rədd edir, müxalif fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"