Manşet

Gürcüstan etirazlarında çəkiliş edən azərbaycanlı 5000 lari cərimə olunub 

25 Avqust, 2025
294

Foto: sosial media

Gürcüstanda hökumətə qarşı etiraz aksiyasında çəkiliş etmiş azərbaycanlı gənc polis tərəfindən cərimə olunub. 

Gürcüstan İctimai İşlər İnstitutunun tələbəsi Cavid Əhmədov Toplum TV-yə deyib ki, avqustun 24-də Gürcüstanın Sarp sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçmək istəyərkən adına cərimə yazıldığını öyrənib. 

"Pasportu aparıb məni 15 dəqiqə gözlətdilər. Sonra dedilər ki, etiraz aksiyasında iştiraka görə 5,000 lari (təxminən 3,150 manat) cərimə olunmuşam. Bunu eşidib ölkədən çıxmaq istəmədiyimi dedikdə isə pasportuma möhür vurub məni buraxdılar", - o bildirib. 

C.Əhmədov Türkiyəyə bir neçə günlük tətil üçün getdiyini, Gürcüstana qayıtmağı planlaşdırdığını deyib. Onun sentyabr 8-i tarixinə Kutaisi şəhərindən Almaniyaya uçuş bileti var. 

Gürcüstan qanunvericiliyinə görə, cərimə olunmuş şəxsin ölkəni tərk edərkən cəriməni ödəmək məcburiyyəti olmasa da, yenidən giriş etdikdə ödəməlidir. 

Magistratura üzrə jurnalistika proqramında təhsil alan C.Əhmədov iyulun 10-da Tbilisidə baş tutmuş etiraz aksiyasına dərsdən verilən ev tapşırığı çərçivəsində çəkiliş etmək üçün getdiyini deyib. 

Hazırda gürcüstanlı vəkillə əlaqədə olan tələbə Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və parlamentə ərizə məktubları yazaraq cərimənin ləğv olunmasını istəyib. Lakin vəkil ona bildirib ki, hətta cərimə silinsə belə, sərhəd işçilərinin onu ölkəyə buraxmamaq ehtimalı var. 

Gürcüstanda ötən ilin noyabrından bəri yeni parlament seçkiləri və Avropaya inteqrasiya kursunun davam etdirilməsi tələblərilə etirazlar keçirilir. 

Hökumət isə tələbləri rədd edir və jurnalistlər də daxil olmaqla aksiyalarda iştirak edənləri "yolu bağlamaq" adı ilə cərimələyir. 

Ötən ilin dekabrına qədər 500 lari məbləğində olan cərimə 10 dəfə artırılmaqla 5,000 lari məbləğində təyin edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo