Manşet

Hesablama Palatası "AzTV"-də 26 milyonluq pozuntu aşkar edib 

4 Noyabr, 2025
337

Foto: açıq mənbə

Hesablama Palatası  “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ("AzTV") fəaliyyətində dövlət vəsaitlərinin idarə olunması ilə bağlı nöqsanlar müəyyən edib. 

Bu barədə Hesablama Palatasının 2026-cı ilin büdcə layihəsinə verdiyi rəydə qeyd olunub. 

Sənəddə göstərilir ki, audit nəticəsində "AzTV"-də əmək müqaviləsi ilə işləyən əməkdaşlara ödənilməli olan vəsaitlərin qonorar adı ilə rəsmiləşdirildiyi aşkarlanıb. Ümumi 26 milyon manat təşkil edən məbləğin 11,3 milyonu 2023-cü ildə, 11,6 milyonu 2024-cü ildə, 3,1 milyonu isə bu ilin ilk rübündə ödənilib.

Hesablama Palatası vurğulayıb ki, bu praktika "əmək münasibətlərinin mülki-hüquqi münasibətlər kimi yanlış təsnif edilməsinə, Əmək və Vergi Məcəllələrinin tələblərinə zidd halların yaranmasına" gətirib çıxarıb. 

"Nəticədə məcburi sosial ayırmalar tam şəkildə tutulmayıb, bu da "AzTV" işçilərinin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə nəticələnib", - rəydə qeyd olunub. 

Palata bu halları dövlət vəsaitlərinin idarə edilməsində "ciddi maliyyə intizamı pozuntusu kimi" qiymətləndirib və müvafiq tədbirlərin görülməsini zəruri sayıb. 

"AzTV"-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, artıq bir neçə ildir qurumun qonorar sistemindən tam imtinası və maaşların yalnız əməkhaqqı formasında ödənilməsi ilə bağlı Hesablama Palatası ilə müzakirələr aparılır.

"Prosesin çətin tərəfi odur ki, televiziya yarandığı gündən maaş və qonorar sistemi ilə işləyib və əməkdaşlar ortaya qoyduğu məhsulun sayına və keyfiyyətinə əsasən həm maaş, həm də qonorar alıblar. Qonorar sisteminin tamamilə yığışdırılması vahid və standart ödəniş sistemi yaradacaq ki, bu da məhsuldarlığa və işin keyfiyyətinə mənfi təsir edəcək", - deyə əlavə olunub. 

Buna baxmayaraq, "AzTV" problemin aradan qaldırılacağına ümid edir. 

"İstənilən halda, əmək münasibətlərinin düzgün tənzimlənməsi və qonorar sistemindən birdəfəlik imtina ilə bağlı məsələ gündəlikdədir və yaxın zamanlarda bu problem aradan qaldırılacaq. Onu da əlavə edək ki, tam maaş sisteminə keçid prosesi ötən ildən başlayıb. QSC-də əməkdaşların sayını nəzərə alsaq məsələnin gələn il tam olaraq həll olunacağını söyləyə bilərik”, - qurumdan bildirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo