Manşet

Həyat yoldaşı: “Samir Aşurovun ciyərləri ağrıyır, həkim yaxın durmur”

10 Noyabr, 2025
286

Foto: VOA

Həbsdə olan siyasi fəal Samir Aşurov səhhətindən və cəzaçəkmə müəssisəsindəki biganə münasibətdən şikayət edir.

Bu barədə noyabrın 9-da onun həyat yoldaşı Nuranə Aşurova “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, S. Aşurov əvvəlcə Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (“Tubzon”) yerləşdirilsə də, orada müalicə almayıb.

““Tubzon”dan 2 saylı Cəzaçəkmə Müəssisəsinə gətirildiyi gündən bəri də heç bir baxış və ya müalicə edilməyib. İndi Samir deyir ki, ona soyuq olub, ciyərləri ağrıyır, amma həkim heç yaxın durmur. Aylardır çalışırıq ki, Samir müəssisədəki tibb məntəqəsinə yerləşdirilsin, amma bütün cəhdlərimiz boşa çıxır. Çünki hamı bilir ki, “sentrala” yalnız pullu məhbuslar yerləşdirilir, buna görə də Samirin adını belə çəkmirlər”, - o qeyd edib.

N. Aşurova əlavə edib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlasa da və müraciətinin qeydə alındığı bildirilsə də, sonradan zənglərinə cavab verilməyib.

“Halbuki sizə də bildirilib ki, məhbusun səhhəti ilə bağlı müraciətlərə yerində baxılmalıdır. Samirin səhhətindəki problemləri onun həbs olunduğu ilk gündən dilə gətirirəm. Adam xəstədir, müalicə və müayinə olunmalıdır. Bu, təkcə Samir Aşurova aid deyil - bütün məhbuslara aiddir. Amma siz həkimə tapşırırsınız ki, onlara rəy yazmasınlar. 2 saylı Cəzaçəkmə Müəssisəsinin baş həkimi Səddam Samirin xəstəliyini bildiyi halda onu qəbul edib rəy yazmır”, - o bildirib.

2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan S. Aşurov 20 gün sonra polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.

Bir neçə ay sonra ona qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.

2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələri ilə təqsirli bilərək 6 il 6 ay azadlıqdan məhrum edib.

Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo