Manşet

HRANA: “İranda ölənlərin sayı 6 mini ötüb, onların əksəriyyəti etirazçılardır”

27 Yanvar, 2026
129

Foto: AFP

Yanvarın 26-na olan məlumata görə, İranda təsdiqlənmiş ölənlərin sayı 6 min 126 nəfərə çatıb. Bu barədə ABŞ-də yerləşən HRANA insan haqları təşkilatı məlumat yayıb. 

Bildirlir ki, ölənlərdən 5 min 777-si etirazçı, 214-ü hökumətə bağlı qüvvələrin üzvləri, 49-u isə etirazlarda iştirak etməyən şəxslər və ya mülki vətəndaşlardır. Təşkilat bildirir ki, daha 17 min 91 ölüm halı hələ də araşdırılır.

ABŞ prezidenti Donald Tramp yanvarın 26-da “Axios”a müsahibəsində İranla bağlı vəziyyətin “dəyişkən” olduğunu deyib. O, bölgəyə “böyük donanma” göndərildiyini təsdiqləsə də, Tehranın həqiqətən razılaşma əldə etmək istədiyini düşündüyünü bildirib.

Yanvarın 27-nə olan məlumata görə, İranda internet artıq 19 gündür ki, kəsilib. Hakimiyyət bu addımı dekabrın 28-də Tehranın bazarlarında iqtisadi vəziyyətə qarşı başlayan və sonradan ölkə üzrə yayılan kütləvi etirazlardan sonra atıb. 

İranda internet və telekommunikasiyanın bloklanmasının ölkə iqtisadiyyatına gündə təxminən 50 trilyon rial (35,7 milyon dollar) zərər vurduğu deyilir.

Bunu yanvarın 26-da rabitə naziri Səttar Haşimi açıqlayıb. Onun sözlərinə görə, hesablamalar internet şirkətləri və bizneslərin orta dözümlülük müddətinin təxminən 20 gün olduğunu göstərir və ölkə artıq bu həddə yaxınlaşır.

Bir çox biznes sahibləri sosial mediada internet blokadasının yaratdığı ciddi çətinliklərdən danışır. Onların bir qismi bizneslərinin məhv olduğunu, digərləri isə müflislik üçün müraciət etdiklərini bildirir.

Son üç həftədə İranın apardığı siyasət həm insanların gəlir əldə etmək imkanlarını məhdudlaşdırıb, həm də əsas istehlak mallarının qiymətlərinin artmasına səbəb olub.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri İrana qarşı hər hansı hərbi əməliyyat zamanı öz hava məkanı, ərazisi və ya sularından istifadəyə icazə verməyəcəyini bəyan edib.

Bundan əvvəl Vaşinqton İranda həftələrlə davam edən iğtişaşlardan sonra “hər ehtimala qarşı” Yaxın Şərqə böyük donanma göndərdiyini bildirmişdi. Donald Tramp hərbi müdaxilə ehtimalını istisna etmədiyini demişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo