Foto: sosial media
"Human Rights Watch" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycan hökumətinin Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) qarşı təqibləri gücləndirdiyini deyir.
Bu barədə təşkilatın Avropa və Mərkəzi Asiya şöbəsinin direktor müavini Giorgi Qoqianın müəllifi olduğu bəyanatda qeyd olunur.
Qoqia bildirir ki, hakimiyyət AXCP-yə qarşı uzun illərdir davam edən təqibləri son vaxtlarda intensivləşdirib və birbaşa partiya rəhbərliyini hədəf alıb.
"2025-ci ildə Azərbaycan hakimiyyəti Xalq Cəbhəsi Partiyasına qarşı kampaniyanı kəskin şəkildə gücləndirərək, ölkə üzrə onlarla partiya üzvünü əsassız olaraq həbs edib və saxlayıb, saxta inzibati və cinayət ittihamları irəli sürüb, həmçinin partiya rəhbərliyi və üzvlərini digər təzyiq formalarına məruz qoyub. Polis və məhkəmələr “xırda xuliqanlıq” və “polisə tabe olmama” kimi qeyri-müəyyən və geniş şəkildə sui-istifadə olunan inzibati xətalara əsaslanıb və ya partiya üzvlərinin uydurma olduğunu bildirdiyi cinayət ittihamları irəli sürüb. Partiya rəsmilərinin bildirdiyinə görə, hazırda ən azı 20 üzv həbsdədir", - o qeyd edib.
Müəllif təkcə dekabr ayında AXCP sədri Əli Kərimli, Ali Məclisin katibi Məmməd İbrahim və üzv Vüqar Qədirovun cinayət işi ittihamları ilə, Nəzarət Təftiş Komissiyasının sədri Murad Sultanlının isə inzibati ittihamla həbs olunduğunu xatırladıb.
O, həmçinin, keçmiş prezident Heydər Əliyevin heykəlinə "Stalin" yazandan sonra həbs olunan AXCP üzvü Elbəyi Kərimlinin bu ay həbsxanada ölü tapıldığını qeyd edib.
Qoqianın sözlərinə görə, il ərzində müxtəlif rayonlarda polis partiya fəallarını saxlayıb və günlərlə ailə üzvləri ilə əlaqələrinə imkan verməyib.
Qoqia Azərbaycan hökumətini siyasi fəaliyyətə görə həbs olunan şəxsləri azad etməyə və həbsxanalarda ölüm və işgəncə hallarını obyektiv şəkildə araşdırmağa çağırıb.
Ə.Kərimli və AXCP Ali Məclisinin katibi Məmməd İbrahim barəsində dekabrın 1-də həbs qətimkan tədbiri seçilib.
Onlar sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi çərçivəsində ittiham edilirlər.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin hakimiyyəti ələ keçirməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.
Özləri isə ittihamı rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"