Foto: açıq mənbə
Ermənistan onilliklərdən sonra ilk dəfə Azərbaycan ərazisindən keçən yük partiyasını qəbul edib.
Ermənistan hökumətinin məlumatına görə, Rusiyadan göndərilən 1000 tondan çox buğda daşıyan qatar noyabrın 5-də Azərbaycan və Gürcüstan ərazisindən keçərək ölkənin şimalındakı stansiyaya çatıb.
Rəsmi Yerevan bildirib ki, yaxın günlərdə Qazaxıstandan da yeni buğda partiyasının Azərbaycandan keçməklə Ermənistana gətirilməsi gözlənilir.
Bu daşımalar, Azərbaycan prezidenti İlham Əliyevin yaxın vaxtlarda Ermənistana yük tranzitinə qoyulan uzunmüddətli qadağanı aradan qaldırmaq barədə qərarını elan etməsindən sonra həyata keçirilib.
Ermənistan baş naziri Nikol Paşinyanın ofisi bu hadisəni “qarşılıqlı etimadın möhkəmlənməsi və sülh gündəliyinin irəliləməsi baxımından əhəmiyyətli addım” adlandırıb:
“Azərbaycanın Ermənistana yük daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırması, regional kommunikasiyaların bərpası və iqtisadi əməkdaşlığın inkişafı istiqamətində vacib addımdır.”
Açıqlamada həmçinin vurğulanıb ki, bu addım 8 avqustda Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan Ermənistan–Azərbaycan sülh razılaşmasının praktik nəticələrindən biridir.
İlham Əliyev isə ötən ay Qazaxıstana səfəri zamanı bildirmişdi ki, “tranzit qadağasının aradan qaldırılması Azərbaycanla Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, reallıqda olduğunu sübut edir.”
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da ötən ay açıqlamışdı ki, Rusiya və Azərbaycan tranzit məsələsini müzakirə edib, Bakı Rusiya yüklərinin öz ərazisindən keçidinə razılıq verdiyini təsdiqləyib.
Ermənistan və Azərbaycan bir-birlərinin ərazisindən 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsinin başlanmasından sonra yük tranziti üçün istifadə etməyi dayandırmışdı.
Bu ilin avqustunda Vaşinqtonda keçirilən üçtərəfli sammitdə isə Tramp, Əliyev və Paşinyan tərəfindən imzalanan bəyannamə, Ermənistanı Azərbaycanla Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsini təmin etməyə öhdəlikli edir.
ABŞ isə bu layihənin - “Trump Route for International Peace and Prosperity (TRIPP)” adlanan yeni dəhlizin icrasına eksklüziv nəzarət həyata keçirəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"