Manşet

Monteneqro Azərbaycan vətəndaşları üçün vizasız rejimi ləğv edir 

30 Dekabr, 2025
273

Foto: açıq mənbə

Monteneqro Azərbaycan vətəndaşları üçün qüvvədə olan vizasız gediş-gəliş rejimini ləğv etməyə hazırlaşır. 

Hökumətin saytında dərc olunan açıqlamada ləğvin yanvarın 15-dən qüvvəyə minəcəyi yazılıb. 

Qeyd olunub ki, qərar ölkənin viza siyasətini Avropa İttifaqınınkı ilə uyğunlaşdırmaq məqsədi daşıyır. Eyni zamanda, Monteneqroya vizasız səyahət edə bilən Türkiyə vətəndaşlarına ölkədə qalmaq müddəti 90 gündən 30 günə endirilib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə "Operativ Media"ya deyib ki, Azərbaycan tərəfi viza rejiminin yeni qayda və şərtlərinin dəqiqləşdirilməsi məqsədilə Monteneqro tərəfinə rəsmi sorğu göndərib. 

Oktyabrda Monteneqronun paytaxtı Podqoritsada bıçaqlanma hadisəsi ilə əlaqədar bir Azərbaycan vətəndaşı saxlanılmış, bir neçə gün sonra sərbəst buraxılmışdı. 

Hadisədən bir gün sonra isə Monteneqro polisi miqrantların yaşadığı yataqxanada reyd keçirmiş, onlarla türk və azərbaycanlı miqrantı saxlamışdı. Onlardan ölkədə icazə verilən müddətdən artıq qalanlar deportasiya edilmişdi. 

Həmin vaxt Azərbaycanla vizasız rejimə dəyişiklik olmasa da, Türkiyə ilə vizasız rejim müvəqqəti dayandırılmışdı.

Vizasız rejim çərçivəsində Azərbaycan vətəndaşları Monteneqroda 90 günə qədər qala bilirdilər. Xeyli sayda azərbaycanlı isə bu ölkəyə tikinti sektorunda işləmək üçün gedirdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo