Manşet

NYT: “Ukrayna NATO-dan imtina edərsə, ABŞ və Avropa təhlükəsizlik zəmanəti verəcək”

17 Dekabr, 2025
94

Foto: Reuters

Dekabrın 15-də Almaniyanın paytaxtı Berlində keçirilən danışıqlarda ABŞ və Avropa diplomatları Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müəyyən edən iki sənədi razılaşdırıblar. 

“The New York Times” bu barədə sənədlərlə tanış olan mənbələrə istinadən yazır

Qəzet daha əvvəl yayılan məlumatları təsdiqləyərək bildirir ki, bu zəmanətlər mahiyyətcə NATO-nun 5-ci maddəsində nəzərdə tutulan öhdəliklərə yaxındır. 

Lakin onların şərti Ukraynanın NATO-ya üzvlükdən imtina etməsidir.

Birinci sənəd təhlükəsizlik zəmanətlərinin ümumi prinsiplərini müəyyənləşdirir. Söhbət hücuma məruz qalan ölkəyə yardım göstərilməsini nəzərdə tutan, Şimali Atlantika Müqaviləsindəki mexanizmə bənzər hüquqi baxımdan məcburi zəmanətlərdən gedir. 

Mənbələrin sözlərinə görə, ABŞ bu zəmanətləri Senatın ratifikasiyasına çıxarmağa, Avropa ölkələri isə onları öz daxili prosedurlarına uyğun rəsmiləşdirməyə hazırdır.

İkinci sənəd isə “operativ” xarakter daşıyır və hərbi strukturlar üçün nəzərdə tutulub. Burada Rusiyanın yenidən Ukraynaya müdaxiləsinin və yeni ərazi ələ keçirmələrinin qarşısını almaq məqsədilə ABŞ və Avropa qüvvələrinin Ukrayna ordusu ilə necə əməkdaşlıq edəcəyi izah olunur. 

Anonimlik şərti ilə danışan amerikalı rəsmi sənədin son dərəcə konkret olduğunu, mümkün yeni hücumların qarşısının alınması və Rusiyanın yenidən döyüş əməliyyatlarına başlaması halında cəzalandırılması mexanizmlərini ehtiva etdiyini bildirib. Mənbələr bunun siyasi bəyanat deyil, praktik fəaliyyət mexanizmləri olduğunu vurğulayırlar.

Sənədə əsasən, ABŞ mümkün atəşkəsin monitorinqində aparıcı rol oynayacaq. Vaşinqton həmçinin kəşfiyyat imkanları vasitəsilə Rusiyanın yeni hücuma hazırlığını vaxtında aşkar etməyi və eskalasiyanın qarşısını almağı üzərinə götürəcək.

Rusiya hakimiyyəti NATO ölkələrinin qoşunlarının Ukraynada yerləşdirilməsini qəbuledilməz saydığını dəfələrlə bəyan etsə də, amerikalı rəsmilər NYT-yə bildiriblər ki, missiya NATO bayrağı altında olmayacağı təqdirdə Moskva sonda bununla razılaşa bilər. 

Sənəd həmçinin Ukrayna ordusunun əlavə gücləndirilməsini və müttəfiqlər tərəfindən təmin ediləcək silahların siyahısını ehtiva edir.

Sənəddə Rusiyanın təcavüzü yenidən baş verərsə, ABŞ və NATO ölkələrinin birbaşa hərbi qarşıdurmaya girib-girməyəcəyi açıq şəkildə göstərilmir. Almaniya kansleri Fridrix Merts isə bir gün əvvəl “müəyyən şərtlər daxilində” bunun mümkünlüyünü istisna etməmişdi.

NYT qeyd edir ki, ABŞ-də bu təhlükəsizlik zəmanətləri Kiyevin NATO-ya üzvlük ambisiyalarından imtina etməsi və mümkün ərazi güzəştləri ilə əlaqələndirilir. Ukrayna hakimiyyəti NATO-ya üzvlük olmadan təhlükəsizlik zəmanətlərini qəbul etməyə hazır olduqlarını bildirsə də, ərazi güzəştlərini, xüsusən Donetsk vilayətindən Ukrayna Silahlı Qüvvələrinin çıxarılmasını prezident Volodimir Zelenski rədd edib. Bununla belə, o, yekun qərarın seçicilər tərəfindən verilə biləcəyini də istisna etməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo