Manşet

"Abzas Media"nın qadın jurnalistləri Lənkərandakı həbsxanaya köçürülüb 

26 Sentyabr, 2025
279

Foto: sosial media

"Abzas Media"nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar Kompleksə köçürülüblər.

Bu barədə “Abzas Media” jurnalistlərin yaxınlarına istinadən məlumat verib.

Onlar, həmçinin, bildirib ki, jurnalistlər Bakı İstintaq Təcridxanasından köçürülən zaman rəis müavini Cavid Gülalıyev N.Absalamovaya qarşı kobudluq edib.

Eləcə də, yaxınlarının sözlərinə görə, jurnalistlərin köçürülmə prosesi qəfil olub:

“Səhər saat 9-da onlara deyiblər ki, 1 saata hazır olun. Lənkərana çatana qədər hara aparıldıqlarını bilməyiblər", - onlar bildirib. 

Jurnalistlərin yaxınları Bakıdan Lənkərana iki-üç saatlıq yolun görüşlər üçün ciddi çətinlik yaradacağını bildirirlər.

"Abzas"çılar uzaq rayonda yerləşən müəssisəyə köçürülmələrinin siyasi təzyiq vasitəsi olduğunu düşünürlər. 

"Abzas Media işi" üzrə həbsdə olan kişi jurnalistlər isə hökm oxunandan bəri paytaxtdan 70 kilometr aralı olan Umbakı Penitensiar Kompleksində saxlanılırlar. Bunlar "Abzas Media" direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə və jurnalist Hafiz Babalıdır. 

Vəkil Fariz Namazlı "Facebook" səhifəsində qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) vaxtilə məhbusların yaşayış yerlərindən uzaq məsafədəki müəssisələrə köçürülməsini qanunsuz sayan qərarlar verib. 

"Avropa Məhkəməsi dəfələrlə vurğulayıb ki, həbsxana rejimi məhkumu ailəsindən tam qoparmaq üçün bir vasitə olmamalıdır. Əksinə, dövlətin vəzifəsi məhkumun ailə və sosial əlaqələrini qorumaq və reabilitasiyasına dəstək olmaqdır. Məhkəmə qeyd edir ki, məhkumun yaşayış yerindən çox uzaq müəssisəyə göndərilməsi, ailənin onu faktiki olaraq görə bilməməsi artıq sadəcə “normal həbs çətinliyi” deyil, ailə həyatına müdaxilədir və Konvensiyanın 8-ci maddəsinin pozuntusu yarana bilər.
300 km məsafə kağız üzərində çox görünməsə də, ailənin faktiki imkanları – maliyyə yükü, nəqliyyat şəraiti, səhhət və digər amillər nəzərə alınmadıqda, bu məsafə ailə bağlarını qıran bir maneəyə çevrilə bilər. Əks halda, ailəni cəzalandırmaq, məhkumu isə cəmiyyətdən tam təcrid etmək praktikasına yol açılır. Bu isə nə ədalətə, nə də Avropa Konvensiyasının ruhuna uyğun deyil"
, - o bildirib. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Abzas Medianın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo