Manşet

"Human Rights Watch" DTX-nin yeni databazasının ləğvinə çağırır

15 Dekabr, 2025
306

Foto: president.az

"Human Rights Watch" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda yeni yaradılan, vətəndaşların şəxsi məlumatlarını yığacaq sistemin ləğvinə çağırıb. 

Təşkilatın Avropa və Mərkəzi Asiya şöbəsinin direktor müavini Giorgi Qoqianın müəllifi olduğu bəyanatda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin (MİRAS) hüquqi legitimliyi şübhə altına alınıb. 

"Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə vurğulayıb ki, nəzarət (müşahidə) tədbirləri qanunilik, zərurilik və proporsionallıq üzrə ciddi standartlara cavab verməli, həmçinin müstəqil nəzarət, şəffaf qaydalar və effektiv hüquqi müdafiə vasitələrini əhatə etməlidir. MİRAS bu təminatlardan məhrumdur. Orada şəxsi məlumatlara nə vaxt və hansı hallarda çıxış edilə biləcəyi göstərilmir, məhkəmə və ya müstəqil orqanın icazəsi tələb olunmur, məlumatların saxlanma müddətinə limitlər, minimallaşdırma standartları və ya xarici audit mexanizmləri nəzərdə tutulmur. Nəzarət tam şəkildə DTX-nin əlində mərkəzləşdirilir və ictimai hesabatlılıq, eləcə də şəxslərin öz məlumatlarına çıxış əldə etməsi və ya onları düzəltməsi üçün heç bir prosedur nəzərdə tutulmur", - Qoqia qeyd edib. 

Təşkilat nümayəndəsi Azərbaycanın "olduqca avtoritar bir dövlət" olduğunu və jurnalistlərə, hüquq müdafiəçilərinə və fəallara qarşı "qanunsuz rəqəmsal nəzarətin tətbiqi ilə bağlı keçmişə malik olduğunu" xatırladıb. 

"Keçmiş araşdırmalar hakimiyyət orqanlarının tənqidçiləri izləmək və qorxutmaq məqsədilə internet istifadəsinin monitorinqi alətlərindən və cəsus proqramlardan istifadə etdiyini ortaya qoymuşdur. Bu kontekstdə, güclü və müstəqil nəzarət mexanizmləri olmadan müxtəlif sektorlar və qurumlar üzrə həssas şəxsi məlumatları mərkəzləşdirən vahid bir sistem, özbaşına və ya qeyri-mütənasib nəzarət risklərini ciddi şəkildə artırır", - o əlavə edib. 

Qoqia Avropa Şurası da daxil olmaqla beynəlxalq tərəfdaşları Azırbaycan hakimiyyətinə "rəqəmsal idarəetmə islahatları adı altında nəzarətsiz müşahidə səlahiyyətlərindən sui-istifadə etməməsi üçün" təzyiq göstərməyə çağırıb. 

Noyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyev MİRAS-ı təsis edən və dövlət qurumlarına öz məlumat bazalarını sistemə inteqrasiya etməyi tapşıran fərman imzalayıb. 

MİRAS haqda Əsasnamə də həmin gün prezidentin saytında dərc edilsə də, bir müddət sonra silinib. 

Əsasnamədə məlumat bazasına hansı geniş həcmli məlumatların daxil olunacağı qeyd olunub. Bunlara şəxslərin identifikasiya məlumatları, müşahidə sistemlərindən əldə edilən məkan məlumatları, habelə ailə, iş, təhsil, fiziki və psixi sağlamlıq vəziyyəti haqda məlumatlar daxildir. 

Əsasnamə çoxsaylı yarımbəndləri olan səkkiz bənddən təşkil olunub və DTX-ni yaradılacaq sistemin həm sahibi, həm də operatoru kimi müəyyənləşdirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo