Manşet

"Məzun Evi"nin sakinləri: 8 aydır isti su, noyabrdan da istilik verilmir

18 Dekabr, 2025
229

Foto/kollaj: Toplum TV

“Anar müəllim, Vüqar müəllim, sizi niyə təyin ediblər bu vəzifələrə? Bir dəfə bu bina ilə maraqlanmamısınız. Öhdəsindən gələ bilmirsinizsə, özəlləşdirin binanı, hər kəs öz işini bilsin…” 

Bu sözləri valideyn himayəsindən məhrum olmuş şəxslərin yaşadığı “Məzun evi” Sosial Müəssisəsinin sakini Fazil İsmayılov sosial media hesablarında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudova xitabən deyib.

Onun sözlərinə görə, yaşadığı müəssisəyə 8 aydır isti su və bu ilin noyabrın 15-dən verilməli olan istilik verilmir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Məzun Evi” Sosial Xidmətlər Agentliyinin uşaqlar üçün sosial xidmət və təhsil müəssisələrinin məzunları üçün açılıb. Masazırda yerləşən binanın 2016-cı ildə baş tutan açılışında birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. 

“Toplum TV”-yə danışan “Məzun Evi” sakinləri də F.İsmayılovun ictimailəşdirdiyi problemləri təsdiqləyiblər. Onlar deyib ki, bununla bağlı müraciətlərinə şifahi olaraq baxılacağı deyilir, lakin tədbir görülmür:

“Hər il bu problem yaşanır, amma adətən gec də olsa həll edirdilər. Bu il isə ümumiyyətlə bizi yola verirlər. Bütün aidiyyatı qurumlara şikayət etmişik, hamısı qısaca deyir ki, gözləyin, düzələcək. Nə vaxt? Bu gün-sabah qış qurtarır, hələ də istilik yoxdu. Camaat kurtka ilə yatır, vedrədə su qızdırıb çimir. Yığışıb nazirliyin önünə getmək istəyəndə də polislə hədələyirlər. Bizim polislə, dövlətlə problemimiz yoxdu. Dövlət bu binanı tikib, bizə verib, indi nazirliyin öhdəliyidir ki, kommunal xidmətləri təmin etsin. Amma baxmırlar. Başqa problemlər də var. Liftlərdən cəmi biri işləyir. O da sıradan çıxanda, əlil adamlarıq, bir-birimizin qoluna girib, qalxırıq yuxarı.” 

Sakinlər problemlərlə bağlı prezident İlham Əliyevə və vitse-prezident M.Əliyevaya müraciət üçün imza topladıqlarını bildiriblər. 

“Bizim problemimizi başqa heç kim həll etməyəcək”, - onlar deyir. 

Açılışında 365 məzunun mənzillə təmin olunduğu müəssisədə hazırda 700-yə yaxın sakin yaşayır. 

Mövzu ilə bağlı adı çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo