Manşet

"Mübarizəni həbslə bloklaya bilməzlər"

23 Yanvar, 2026
212

Foto: sosial media

"Toplum TV işi" üzrə həbsdə olan, III Respublika Platformasının spikeri Akif Qurbanov və qurucu üzvü Ruslan İzzətli ictimaiyyətə müraciət ediblər. 

Müraciəti olduğu kimi təqdim edirik.

"İki ilə yaxındır ki, rejim bizi kiçik həbsxana hücrəsində saxlayır. Məqsədi cəmiyyətin önündə gedəcək, sizin səsiniz olacaq şəxsləri bloklamaqla varislik prinsipinə söykənən rejimlərini möhkəmləndirməkdir. Qazanan bir qrup, itirən isə millətimizdir. Bu isə məmləkətimizi qaranlığa qərq etməkdir.

Dövlətimizin qurucu lideri Rəsulzadə bizə həm də dönməzlik örnəyini miras qoydu. Millət, məmləkət maraqlarını şəxsi maraqlardan üstün tutmağı bizə Rəsulzadə öyrətdi.

İki il ərzində çalışırıq millətimizə göstərək ki, mübarizəni həbslə, zindanla bloklaya bilməzlər. Fürsət düşdükcə yenə də sizin səsiniz olmağa çalışırıq. Açıq bəyan edirik ki, yalnız fiziki yoxluğumuz bizi susdura bilər.

Prosesi yaxından izləyən vətəndaşlarımız səsimizin daha böyük kütləyə çatmasına yardımçı oldu. Buna görə də təşəkkür edirik.

Səhifəmizi izləyən, prosesin izləyicisi deyil, iştirakçısı olmağa çalışan dostlarımızdan istəyimiz var:

Bugün hər birinizin əlində ağıllı telefon var. Siz təkcə informasiya alıcısı yox, həm də informasiya istehsalı ilə məşğul ola bilərsiniz. Sosial medianın artıq ənənəvi medianı keçdiyi bir dönəmdə siz ağıllı telefonunuz və sosial şəbəkə hesablarınız vasitəsilə səsimizin daha çox insana çatmasına yardımçı ola bilərsiniz. Belə ki, səhifədə yayılan materialların daha çox insana çatması üçün sosial şəbəkə hesablarınızda paylaşaraq, həmçinin kiçik videolar hazırlayıb yaymaqla rejimin informasiya blokadasını yarmaqla dəstək ola bilərsiniz.

Amalımız millətimizin, ölkəmizin xoşbəxt gələcəyidirsə, birlik göstərməliyik. Sizin dəstəyinizə ehtiyacımız var.

Sizə inanırıq! Sizin addımınız çox önəmlidir! Birlikdə məmləkətimizin, azadlığı üçün addım ataq".

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo