Şəhidlər Xiyabanında video çəkən ərəb turistlərə 2 il həbs cəzası verildi
Foto: açıq mənbə
Şəhidlər Xiyabanında qeyri-etik hərəkət etdikləri deyilən ərəb turistlərin məhkəmə prosesi yekunlaşıb.
APA-nın xəbərinə görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Səudiyyə Ərəbistanı vətəndaşları Əlzaman Mehdi Əli, Əlğabr Məhəmməd Hüseyn və Əlğabr Mehdi Məhəmməd hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə təqsirli biliniblər.
Əvvəlki prosesdə dövlət ittihamçısı hər üç təqsirləndirilən şəxsə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəmişdi.
Sözügedən şəxslər avqustda Şəhidlər Xiyabanında qeyri-etik olduğu deyilən hərəkətlər edərək videogörüntülər çəkib və sosial şəbəkələrdə paylaşıblar. Bundan sonra onlar həbs olunub və barələrində cinayət işi açılıb.
“Tribunat” hüquq platforması da mövzunu araşdırıb və videodakı hərəkətləri cinayət qanunvericiliyi kontekstində analiz etmişdi.
“Tribunat” apardığı analizlərlə bu qənaətə gəlib ki, ərəb turistlərin Şəhidlər Xiyabanındakı hərəkətlərində cinayət tərkibi yoxdur. Həmin şəxslər CM-nin 245-ci maddəsi ilə təqsirli bilinə bilməz və onlar barəsində həbs-qətimkan tədbirinin seçilməsi turistlərin azadlıq hüququnun pozuntusu hesab edilməlidir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"