Sevinc Vaqifqızının ailəsi görüş zamanı təhqirə məruz qaldığını bildirir
Foto: sosial media
“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının ailəsi onunla son görüş zamanı müəssisə əməkdaşlarının təhqiramiz davranışına məruz qaldığını deyir.
S.Vaqifqızının ailəsi bu barədə “Abzas Media”ya məlumat verib.
Bildirilir ki, oktyabrın 18-də Lənkərandakı Penitensiar Kompleksdə keçirilən görüş zamanı jurnalistin anası və bacısına qarşı zorakı və alçaldıcı rəftar olub. Görüşdən əvvəl müəssisə əməkdaşları Vaqifqızının anası Ofeliya Məhərrəmovanı və bacısını xüsusi otağa salaraq zorla yoxlamağa çalışıblar.
Ofeliya Məhərrəmova ürəyində aparat olduğunu və ehtiyatla davranılmasını tələb etsə də, əməkdaşlar ondan və qızından ayaqqabılarını çıxarmağı istəyiblər.
O.Məhərrəmova ayaqqabılarını çıxarmaqda çətinlik çəkdiyini, qızı isə əməliyyatlı ayağına görə bunu edə bilməyəcəyini bildirib və xüsusi aparatla yoxlanılmalarını tələb edib.
Jurnalistin bacısı vurğulayır ki, onlar aparatla yoxlanılandan sonra heç nə tapılmayıb, lakin görüşdən çıxarkən yenidən zorla yoxlanılıblar. Bu dəfə müəssisə əməkdaşları onun ayaqqabılarını zorla çıxarıb içliyini söküblər. Bacısı əlavə edib ki, nəzarətçi qadın onu yoxlayarkən çox kobud davranıb.
Ailə bildirib ki, görüş zamanı konfidensiallıq hüquqları pozulub. Onların sözlərinə görə, görüş cəmi bir saat davam edib və otaqda nəzarətçi fasiləsiz olaraq iştirak edib.
Jurnalist bu vəziyyətə etiraz edərək ailəsi ilə sərbəst ünsiyyət qura bilmədiyini qeyd edib, lakin nəzarətçi əməkdaş bunun “əmr əsasında” həyata keçirildiyini bildirib.
Sentyabrın 25-də Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova Bakı İstintaq Təcridxanasından Lənkərandakı Penitensiar Kompleksə köçürülüblər.
Onların yaxınları bildirirlər ki, bu köçürülmə görüş imkanlarını daha da məhdudlaşdırıb və jurnalistlər bunu yazılarına görə təzyiq kimi qiymətləndirirlər.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Abzas Media işi” üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"