Manşet

Tramp hamilə qadınlara parasetamol qəbul etməməyi məsləhət görüb

23 Sentyabr, 2025
200

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp autizmi uşaq peyvəndləri ilə əlaqələndirib. 

Sentyabrın 22-də Ağ Evdə keçirdiyi mətbuat konfransında prezident hamilə qadınlara və körpə valideynlərinə tibbi məsləhətlər verib. 

O, hamilə qadınlara "Tylenol" və ya parasetamol kimi tanınan ağrıkəsicidən istifadə etməməyi tövsiyə edib. 

Onlarla tibbi və autizm üzrə maarifləndirici təşkilat prezidentin bəyanatını pisləyib. 

“Göstərilən məlumatlar "Tylenol"un autizmə səbəb olması və ya leukovorinin müalicəvi təsiri barədə iddianı dəstəkləmir. Bu, sadəcə olaraq qorxu yaradır və sadə həll yolu olmadığı halda yalançı ümid oyadır,” – deyə Autizm Alimləri Koalisiyası bəyanatında bildirib. 

Tramp daha sonra uşaqlara vurulan vaksinlərlə autizm arasındakı əlaqənin öyrənilməsinə çağırış edib. 

"Tylenol"u istehsal edən "Kenvue" şirkəti prezidentin açıqlamalarını inkar edib. 

“Biz inanırıq ki, müstəqil və etibarlı elmi araşdırmalar açıq şəkildə göstərir: asetaminofen qəbul etmək autizmə səbəb olmur. Bunun əksini iddia edən hər hansı fikirlə qətiyyən razı deyilik və bu cür bəyanatların hamilə qadınlar və valideynlər üçün yaratdığı sağlamlıq riskindən dərin narahatıq",  – şirkət bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo