Manşet

Vəfa Nağı atasına hücum olunduğunu deyir 

3 Noyabr, 2025
150

Foto: sosial media

İctimai fəal Vəfa Nağı 74 yaşlı atasına hücum olunduğunu deyir. 

Bu barədə noyabrın 2-də "Facebook" səhifəsində xəbər verən fəal bildirib ki, hadisə Neftçala rayonunun Xolqaraqaşlı kəndində baş verib. 

"Yemək yediyi yerdə bir nəfər onun üzərinə şığıyıb, başına vurub, üzünü cırıb, mənim adıma nalayiq söyüşlər söyüb. Atamı döyməsinin  səbəbi də mən imişəm. İndi özünü çox pis hiss edir, başında çox pis ağrılar var, nəfəs ala bilmir, halı pisləşib. Burdan aidiyyatı qurumlara səslənirəm: atama hücum edən hər kimdirsə onun cəzalandırılmasını tələb edirəm!", - o qeyd edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev V.Nağının paylaşımına şərh olaraq hadisənin araşdırıldığını bildirib. 

V.Nağı iddia edir ki, atasına hücum edən şəxs Əyyar Əzizov adlı kənd sakinidie. Onun sözlərinə görə, Ə.Əzizov hücumu qisas zəminində həyata keçirib. 

"Əyyar Əzizov 2020-ci ildə kəndimizdə bir qızı odlu silahla hədələyərək saçından tutub aparmış, onun paltarını soyunduraraq fotolarını çəkib kəndin gənclərinə göndərmişdi. O zaman bu hadisəni ictimailəşdirdiyim üçün bu gün ailəmdən qisas alır. O, “pullu adam” olduğu üçün həmin ağır cinayətə görə cəmi üç il cəza almış və azadlığa buraxılmışdı. Bu gün onun mənim atama hücumu və söyüşlərlə məni hədəf alması, zorakılığın və cəzasızlığın davam etdiyini göstərir", - o vurğulayıb. 

V.Nağı hadisədən sonra evlərinə polis əməkdaşlarının gəldiyini və atasından izahat alındığını bildirib. 

Hazırda Almaniyada doktorantura təhsili alan V.Nağı 2019-cu ildə Xolqaraqaşlı kəndində bələdiyyə üzvü seçilib. 

O, ötən il sentyabrın 1-də keçirilən parlament seçkilərində də Neftçaladan namizədliyini irəli sürüb. 

Mərkəzi Seçki Komissiyası onun əsas rəqibi Tənzilə Rüstəmxanlını qalib elan etsə də, V.Nağı rəqibinin saxtakarlıq yoluyla qalib elan edildiyini iddia edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo