Afiəddin Məmmədov: “Cəzaçəkmə müəssisəsində siçanlar ərzaq qutularını deşir”
Foto: VOA
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsindəki şəraitdən şikayət edir.
“İşçi Masası”ndan Toplum TV-yə bildirilib ki, Məmmədov müəssisədə “dözülməz, antisanitar” şəraitdə saxlanılır.
“Mətbəxdə siçanlar sərbəst şəkildə gəzir, ərzaq qutularını deşir və yeməkləri yeyirlər. Yatmaq üçün ayrılmış yerlərdə də siçanlar dolaşır”, - açıqlamada deyilir.
“İşçi Masası”, həmçinin, Məmmədova istinadən bildirir ki, müəssisədə normadan artıq sayda məhbus saxlanılır.
“250-dən çox məhbus üçün cəmi 4 sanitar qovşaq fəaliyyət göstərir. Nəticədə məhbuslar saatlarla növbədə gözləməyə məcbur olurlar”, - deyə qeyd olunub.
Təşkilat həbsdə olan sədrlərinin səhhətində nasazlıq olduğunu, lakin müəssisədə lazımi tibbi şəraitin olmadığını bildirir.
“Məhbuslar dərmanlarla təmin edilmir. Bəzi günlərdə müəssisədə, ümumiyyətlə, həkim olmur. Əməliyyata ehtiyacı olan şəxslərin şikayətlərinə baxılmır. Afiəddinin iki gündür qızdırması düşmür, üşüyür, boğazı şişib. Dünən həkim olmayıb, bu gün [29 may - red] isə aidiyyatı olmayan dərman verilib”, - deyə vurğulanıb.
“İşçi Masası” Penitensiar Xidmətin rəhbərliyindən Məmmədovun səhhətində olan problemlərlə və müəssisədəki saxlanma şəraiti ilə bağlı məsələləri həll etməyi tələb edib.
Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir.
Ona Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələrilə ittiham verilib.
Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasıyla əlaqədar keçirilən etiraz aksiyası zamanı saxlanılmış, 30 sutka inzibati həbs cəzası almışdı.
Bir neçə gün sonra “İşçi Masa”sının digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs edilmişdilər.
A.Məmmədov bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
AİHM “Qış parkı” söküntülərinə görə Azərbaycanın 751 min avro təzminat ödəməsinə qərar verib
Foto: Toplum TV
“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’
Toplum TV
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir