Məhkəmə

Apellyasiya Məhkəməsi Fazil Qasımov haqda hökmü qüvvədə saxlayıb

30 Sentyabr, 2025
56

Foto: sosial media

Sentyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə iqtisadçı Fazil Qasımovun işi üzrə növbəti baxış iclası keçirilib. 

Ailəsinin “Toplum TV”-yə bildirdiyinə görə, F.Qasımov 12 vəsatət verib, lakin hakim onların heç birini təmin etməyib. 

İqtisadçı əvvəlcə dövlət hesabına təyin edilmiş vəkili Şamil Nəcəfovla iki həftədir ünsiyyət qura bilmədiyini deyərək onunla ünsiyyət qurmaq üçün fasilə verilməsini istəyib. Lakin hakim vəsatəti təmin etməyib. 

Daha sonra F.Qasımov dövlət ittihamçısı Tural Qəhrəmanova etiraz edib. O, etirazını onunla əsaslandırıb ki, dövlət ittihamçısı onun vəsatətlərinin əsassız olaraq təmin edilməməsini istəyib. Hakim etirazı təmin etməyib. 

Vəkil Ş.Nəcəfov vəsatət verərək onun iştirakına qədər keçirilmiş bütün proseslərin təkrar edilməsini, işdəki maddi sübutlarla tanış olması üçün ona şərait yaradılmasını və bunun üçün məhkəmə iclasının təxirə salınmasını istəyib. Hakim vəsatəti təmin etməyib. 

Daha sonra F.Qasımov da işdəki maddi sübutların vəkilinə təqdim edilməsi barədə vəsatət verib. O bildirib ki, işə yeni qoşulmuş vəkilin işdəki maddi sübutlarla tanış olmaması qanunsuzluqdur. Hakim yenə də vəsatəti də təmin etməyib. 

Ardınca F.Qasımov ibtidai istintaq zamanı psixotrop maddənin təsiri altında olarkən ondan etirafedici ifadənin alındığını deyib və ifadənin iş materiallarından çıxarılması barədə vəsatət verib. O, həmçinin, bununla bağlı beynəlxalq ekspertlər tərəfindən müayinə olunması üçün də vəsatət verib. Hakim bu vəsatətləri də təmin etməyib. 

İqtisadçı sonra ibtidai araşdırma aparan müstəntiqin qanunsuz hərəkətlərindən Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyini, orada işə baxılıb qərar qəbul edilənə kimi hazırki iş üzrə icraatın dayandırılması barədə vəsatət verib. Vəsatət təmin edilməyib.

Daha sonra F.Qasımov digər iqtisadçı Qubad İbadoğlu barəsində başlanmış cinayət işi ilə bağlı hansı qərarın qəbul edildiyinin öyrənilməsi üçün məhkəmənin sorğu göndərməsini istəyib.

F.Qasımov Türkiyədə Q.İbadoğlu ilə hoteldə görüşərkən ona hər hansı sənəd və ya saxta pul vermədiyini bildirərək hotelin kamera görüntülərinin əldə edilməsi üçün Türkiyənin Azərbaycandakı səfirliyinə sorğu göndərilməsi barədə də vəsatət verib. 

Daha sonra F.Qasımov işdəki saxta pul əsginaslarının başqa bir oxşar cinayət işindəki əsginaslarla ilə eyni olduğunu deyərək bununla bağlı ekspertiza keçirilməsi barədə vəsatət verib. 

O, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən 24 yanvar 2025-ci il tarixli məhkəmə iclasında elan edilmiş fasilə zamanı Penitensiar Xidmətin əməkdaşları tərəfindən məruz qaldığı zorakılıq və 28 fevral 2025-ci il tarixində Bakı İstintaq Təcridxanasında ona edilmiş zorakılıqlarla bağlı şikayətinin araşdırılması üçün müvafiq qurumlara göndərilməsi barədə vəsatət verib. 

Daha sonra o, ibtidai istintaq zamanı ona təyin edilmiş, lakin onun müdafiəsinə buraxılmadan müqaviləsinə müstəntiq Yusif Yusifov tərəfindən xitam verilmiş vəkil Araz Abdullayevin şahid qismində çağırılıb dindirilməsi barədə vəsatət verib. 

Hakim bu vəsatətləri də təmin etməyib.     

F.Qasımov vəsatətlərinin “əsassız olaraq” təmin edilməməsini işinə ədalətli baxılmaması kimi dəyərləndirib və məhkəmənin “ədalətsizliyinə və özünə qarşı özbaşınalıqlara görə ölüm aclığına başlayacağını” deyib. Hakim aclıq etməsinin onun hüququ olduğunu deyib. 

F.Qasımov yenə vəsatətlərinin olduğunu deyərək onları səsləndirmək istəyib. Lakin hakim F.Qasımovun vəsatətlər və etirazlar verməsini “hüquqlarından sui-istifadə etməsi və məhkəmənin vaxtının uzadılması kimi” dəyərləndirərək ona bir neçə dəfə xəbərdarlıq edib. 

Hakim F.Qasımovdan apellyasiya şikayətinin dəlillərini oxumağı tez bitirməsini tələb edib və bunun üçün onun 20 dəqiqə vaxtının olduğunu deyib. F.Qasımov buna etirazını bildirib və bu tələbin qanunsuz olduğunu deyib. Lakin hakim bir daha ona xəbərdarlıq edib və prosesi tez bitirməyə çalışıb. 

Hakim vəkilə çıxışa hazırlaşmaq üçün 5 dəqiqə vaxt verib və qısa çıxış etməsini istəyib. Vəkil çox qısa çıxış edərək apellyasiya baxışının qismən istintaq aparılmaqla keçirilməsini və F.Qasımov barəsində bəraət qərarının çıxarılmasını istəyib. Dövlət ittihamçısı Tural Qəhrəmanov da çox qısa çıxış edərək F.Qasımovun təqsirinin sübuta yetirildiyini bildirib və birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib.

Məhkəmə tərkibi 10 dəqiqəlik müşavirədən qayıdaraq qərarı elan edib. Qərara əsasən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu il martında 9 il müddətinə azadlıqdan məhrum edilib. 
O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub. Özü isə ittihamı rədd edir. 
Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir. 
Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Aytac Tapdıq: İlham Əliyevin ölkədə sorğulayan heç bir jurnalisti görməyə dözümü qalmayıb

29 Sentyabr 2025

Foto: sosial media

“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Aytac Tapdıq saxlanıldığı Bakı İstintaq Təcridxanasından yazır: Nahar üçün marketdən bir şeylər alıb çıxırdım ki, mülki geyimdə, cüssəli iki adam qollarımdan dartıb zorla məni avtomobilə sürüklədi. Mindirilərkən ətrafdakıların eşitməyi üçün “Mən jurnalistəm” deyə qışqırırdım. Yeganə “cinayətim” müstəqil media işçisi olmağım ola bilərdi. 10 il öncə yoldan belə oğurlanıb Bandotdelə aparıldım. Həbsimin 10-cu ayında payızın gətirdiyi melanxolik ab-hava məni 10 il əvvələ, başladığım yerə qaytardı – 2015, 16 sentyabr. Cəmi 4 ay Meydan TV-də jurnalistikaya başlamağım təqib olunmağıma kifayət etmişdi. Həbsimi isə hələ 10 il gözləməli olacaqdım. 5 saat vəkildən, ailəmdən xəbərsiz Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə...
Məhkəmə

"Toplum TV işi": İstintaq sübutları saxtalaşdırıb

29 Sentyabr 2025

Foto: Toplum TV

Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən “Toplum TV”-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli ötən iclasdakı çıxışına davam edib.  Ə.Məmmədli bu dəfəki çıxışında şəxsinə və “Toplum TV”-yə qarşı irəli sürülən ittihamlara cavab verib.  O, ilk olaraq qeyd edib ki, “Toplum TV”-nin dövlət qeydiyyatından keçməməsi iddiası ittiham tərəfinin media sahəsindəki hüquqi tənzimləmədən “xəbərsizliyini göstərir”.  ““Toplum TV” bir domen adıdır. Beynəlxalq Kommunikasiya Assosiasiyasının qaydalarına görə, domen adları beynəlxalq və ya ölkə kodları ilə ola bilər. Məsələn: “com”, “org”, “net”, “info”, “tv” və s. kimi...

Seçilmiş Videolar

Toplum TV loqo