Məhkəmə

AXCP üzvü 5 il azadlıqdan məhrum edildi

15 Aprel, 2025
38

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələrin dövriyəsi maddəsi ilə təqsirli bilinib. 

Mehman Əliyev həbsini sifariş adlandırıb.  

AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində yazıb ki, Mehman Əliyev polisin qanunsuz hərəkətini çəkib ictimailəşdirdiyi üçün cəzalandırılıb. 

Onun sözlərinə görə, Mehman Əliyev Şirvan şəhərində qohumu Əli İsayevin zorla polis tərəfindən saxlanılmasına dair videokadrları yaydıqdan sonra həbs edilib. 

Mehman Əliyev ötən il sentyabrın 14-də ittihama etiraz olaraq saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında televiziya pultunun 3 ədəd batareyasını udaraq intihara cəhd etmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Tofiq Yaqublunun məhkəmədə son sözü

15 Aprel 2025

Neweasterneurope.eu

Həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu aclıq aksiyasının 15-ci günündədir.  Siyasətçinin səhhəti pisləşib, ailəsi və vəkilləri narahatdır. Bir neçə gündür ki, Yaqublunun azadlığa buraxılması tələbilə sosial media şəbəkələrində kampaniya edilir. Müxtəlif fəallar və ictimai şəxslər  “Tofiq Yaqublunu azad edin” həştəqi ilə paylaşımlar edir.  Tofiq Yaqublu məhkəmədə “son söz”ünü deyən zaman haqqında olan ittihamların hamısına aydınlıq gətirərək bu ittihamların saxta olduğunu bildirib. Tofiq Yaqublunun məhkəmədəki son sözünün mətni:   Son sözümdə mənə qarşı irəli sürülmüş bu saxta ittihamı darmadağın edəcəm, bu cinayət işinin hər detalını incələyərək onun absurd, ziddiyətli və hətta uşaq ağlının da qəbul edə bilməyəcəyi...
Məhkəmə

Hakimiyyəti tənqid edən keçmiş diplomat 7 il azadlıqdan məhrum edildi

11 Aprel 2025

VOA

Aprelin 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. O, qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinərək 7 il  müddətə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə əsasən, Emin İbrahimova Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə elan edilmiş ittiham ləğv edilib. O, son sözündə bəraət istəyib. İttihama görə, E.İbrahimov ötən il iyulun 22-də Nizami rayonunda səki ilə hərəkətdə olarkən, əvvəllər tanımadığı Kamal Şükürovla toqquşub. Aralarında yaranmış mübahisə zəminində onlar bir-birini təhqir edib, zor tətbiq edib, dalaşıblar. Həmin vaxt E. İbrahimov cibində gəzdirdiyi bıçaqla K.Şükürovu qarnından bıçaqlayaraq sağlamlığına ağır zərər vurub. Emin İbrahimov ötən proseslərin birində...

Seçilmiş Videolar

Toplum TV loqo