sosial media
Gürcüstanda həbsdə olan azərbaycanlı jurnalist Əfqan Sadıqov aprelin 16-da azadlığa buraxılıb.
Tbilisi məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Sadıqova tətbiq olunan ekstradisiya həbsini girovla əvəz edib.
Gürcüstan qanunvericiliyinə əsasən, ekstradisiya məqsədilə həbsin maksimum müddəti 9 ay təşkil edir.
Əfqan Sadıqov üçün bu müddət 2025-ci il mayın 3-də başa çatırdı.
Bu səbəbdən Gürcüstan Prokurorluğu həbs tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Məhkəmə jurnalisti 5 000 lari (təxminən 3 000 manat) məbləğində girov qarşılığında azadığa buraxıb.
Tbilisi məhkəməsi bu qərarı 2025-ci il fevralın 27-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsaslanaraq çıxarıb.
Qərara əsasən, Gürcüstan hakimiyyətinə jurnalistin Azərbaycana ekstradisiyası qadağan edilib.
“Azel TV” YouTube kanalının rəhbəri olan Əfqan Sadıqov ötən il avqustun 3-də Tbilisidə həbs edilib.
Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə pul tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilib.
Ailəsi, hüquq müdafiə təşkilatları və müstəqil media onun həbsini siyasi təqib ilə əlaqələndirirdilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Jurnalist Şəmşad Ağa hakimə: “Get övladlarının gözlərinə bax və nə qədər ədalətsiz qərar verdiyini düşün”
Toplum TV
sosial media