Məhkəmə

Əvəz Zeynallının azadlığa buraxılması haqda vəsatət icraata götürülüb

16 Aprel, 2025
50

lent.az

Həbsdə olan “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı azadlığa buraxılmaq üçün vəsatət verib. 

APA xəbər verir ki, vəsatət Nizami rayon Məhkəməsində icraata götürülüb. Vəsatətə nə vaxt baxılacağı bildirilmir. 

Bundan əvvəl Zeynallıya xərçəng diaqnozu qoyulduğu haqda məlumatı jurnalistin həyat yoldaşı Məlahət Zeynallı yayıb.

Zeynallı həyat yoldaşına bildirib ki, bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb.

Əvəz Zeynallı 2023-cü ildə rüşvət almaq ittihamıyla həbs edilib.

Sonradan ona qarşı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri ittihamı irəli sürülüb. 

Eyni iş üzrə Elnur Şükürov da həbs olunub. 2024-cü ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Zeynallını 9 il, Şükürovu 4 il müddətinə azadlıqdan məhrum edib.

Əvəz Zeynallı ittihamları rədd edib, jurnalist fəaliyyətinə görə təqib olunduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Jurnalist Şəmşad Ağa hakimə: “Get övladlarının gözlərinə bax və nə qədər ədalətsiz qərar verdiyini düşün”

18 Aprel 2025

Toplum TV

“Mənim məhkəməm bir az uzun çəkdi. Hakim, prokuror və müstəntiq gətirdiyim arqumentlərə əsaslı cavab verə bilmirdilər. Arada hakimi cırnatmaq üçün dedim: “Bilirsiniz niyə zəifsiniz? Çünki mən “Arqument”in rəhbəriyəm!”. Həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın ictimaiyyətə ünvanladığı məktubun üçüncü - sonuncu hissəsi yayımlanıb.  Məktubun əvvəlki hissələrini buradan oxuyun. Məktubun sonuncu hissəsini jurnalist Elməddin Şəmilzadə “Facebook” səhifəsində paylaşıb.  Ağa məktubun bu hissəsində dindirilmə və məhkəmə proseslərini təsvir edib, həmçinin həbsi ilə bağlı düşüncələrini bölüşüb.  Jurnalist məktubun əvvəlki hissəsində gecə saatlarında mülki geyimli şəxslər tərəfindən oğurlanmasını və evində axtarış aparılmasını təsvir etmişdi. O, daha sonra dindirilmə üçün polis idarəsinə aparılmışdı. Bu...
Məhkəmə

Hacı Vəliyev həbsdə qaldı, səhhətinə görə narahatdır

18 Aprel 2025

sosial media

“Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb. Bu barədə vəkil Aqil Layıc məlumat yayıb. Vəkil bildiirib ki, bununla bağlı aprelin 18-də  Xətai rayon Məhkəməsində təqdimata baxılıb. Onun sözlərinə görə, Hacı Vəliyev həbsdə müalicəsini davam etdirə bilməməsindən, ağrı kəsicilərlə təmin edilməməsindən şikayətlənib. “Xahiş edirəm ki, bu müddət ərzində xüsusi reabilitasiyaya və həkim nəzarətinə ehtiyac duyan Hacı Vəliyevi Mərkəzi Müalicə Müəssisəsinə keçirəsiniz”, - vəkil Aqil Layıc yazıb. Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, aprelin 1-də isə onun barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib.  O, Cinayət Məcəlləsinin...

Seçilmiş Videolar

Toplum TV loqo