Məhkəmə

Harutyunyan: “Əliyevə məktub ünvanlamaq istədim, Paşinyan imkan vermədi”

4 Mart, 2025
81

panorama.am

Martın 3-də Qarabağ separatçılarının işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası keçirilib.

Məhkəmədə təqsirləndirilən şəxs Arayik Harutyunyan 44 günlük müharibənin gedişində Prezident İlham Əliyevə məktub ünvanlamaq istədiyini, lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın buna imkan vermədiyini deyib.

“Oktyabrn 18-i Bako Saakyanla və Arkadi Qukasyanla axırıncı görüşümüz oldu. Nikol Paşinyana zəng etdim və dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa hazıram, Bako və Arkadi də da lazım olsa buna qoşulacaqlar. Məktubun məğzi bundan ibarət idi ki, sadəcə müharibəni saxlayın. Paşinyana yazdığımız məktubun məzmunu isə belə idi ki, istənilən qaydada müharibəni saxlayın və bildirin ki, bu, erməni sakinlərin istəyidir. Belə ki, Ermənistanda vahid bir fikir yox idi. Ona görə də mən dedim ki, bizə istinad edib müharibəni saxlamaq lazımdır. Biz sonra dırnaqarası günahkar olmağa da hazırıq, lakin insan həyatını qorumaq lazımdır. Paşinyan bir neçə görüş keçirdi, müxalifətlə görüşdü, demək olar ki, hamıyla görüşdü. Oktyabrın 19-da mənə dedi ki, müharibə davam edir. Detallara varmaq istəmirəm. Ən pisi o idi ki, müharibə davam edirdi”, – A.Harutunyan deyib.

Bakıda həbsdə olan Qarabağ separatçıları, tanınmamış Dağlıq Qarabağ Respublikasının "prezident"i olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və digərlərindən ibarət 15 nəfərin mühakiməsi davam edir.

Bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin sayı yarım milyon nəfərdən çoxdur. Onlar Qarabağ müharibəsində həlak olanların hüquqi varisləri, xəsarət alanlar, məcburi köçkünlərdir.  Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov da məhkəməyə zərərçəkmiş qismində qatılır.

Mühakimə olunan 15 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. 

Bu maddələrlə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Separatçı qurumun "dövlət naziri" olmuş milyarder Ruben Vardanyansa tək mühakimə olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Qəzalı həbsxanada saxlanma - Konvensiyanın normalarına açıq ziddiyyət

31 İyul 2025

Foto: açıq mənbə

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il hökmü ilə 20 il azadlıqdan məhrum edilmiş Taleh Bağırzadə saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsində cərimə təcridxanasına (“karserə”) salındığını bildirib. İyunun 1-də 12 saylı cəzaçəkmə müəssisəsinin dam örtüyü çöküb, nəticədə məhkumlardan biri aldığı xəsarətlər nəticəsində həyatını itirib. Hadisədən sonra bəzi məhkumlar köçürülsə də, Taleh Bağırzadə və bir sıra məhkumlar təhlükəli vəziyyətdə saxlanılmaqda davam edib. Bağırzadənin dediyinə görə, rəhbərlik onun ancaq ciddi-qapalı rejimə köçürülərək müəssisəni tərk edə biləcəyini bildirib. Buna etiraz olaraq məhbusların səhər və axşam sayımına çıxmadığı üçün haqqında iyunun 19-u 3, 22-si isə 5 günlük “karser” cəzası verilib. T.Bağırzadənin sözlərinə görə, rəhbərliyə etiraz etsə də,...
Məhkəmə

Nəcməddin Sadıkovun adı keçən 42 milyonluq cinayət işində hökm oxunub

30 İyul 2025

Foto: Açıq mənbə

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, Hərbi Təhsil və Tədris İdarəsinin baş zabiti olmuş, "Nəcməddin Sadıkovun yaxın adamı" kimi tanınan Zahid Niftəliyevə hökm oxunub. APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Z.Niftəliyevin vəkili çıxış edib. O, təqsirləndirilənə ittiham olunduğu hər iki maddə üzrə baraət verilməsini xahiş edib. 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyev də son sözlə çıxış edərək məhkəmədən bəraət istəyib. Hökmə əsasən, Zahid Niftəliyev 2 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilib. Ona təyin olunmuş əvvəlki hökm qismən toplanılaraq Zahid Niftəliyevə qəti olaraq 12 il müddətinə azadlıqdan...

Seçilmiş Videolar

Toplum TV loqo